Millimizin üzvü Türkiyədə legioner statusu aldı

Millimizin üzvü Türkiyədə legioner statusu aldı
19:07 16 Noyabr 2016
72 İdman
Ölkə mətbuatı
A- A+

"Bursaspor"un futbolçusu Deniz Yılmaz bundan sonra Türkiyədə legioner statusu ilə çıxış edəcək. Səbəb 28 yaşlı hücumçunun Azərbaycan millisində forma geyinməsidir.

Bu qərar D.Yılmazın 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin Şimali İrlandiya ilə səfər matçında meydana çıxmasından sonra verilib. O, 46-cı dəqiqədə Ramil Şeydayevin yerinə meydana daxil olub. Təcübəli forvardın legioner sayılmasından sonra Bursa təmsilçisinin heyətindəki əcnəbi futbolçuların sayı 9-a çatıb.

Qeyd edək ki, Almaniyada doğulan Deniz Yılmaz Türkiyənin U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında çıxış edib.("Report")

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizin-uzvu-turkiyd-legioner-statusu-ald-t54200.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR