Reuters: V Konqres mətbuat qarşısında dayanan çağırışları müzakirə etməyə imkan verir

Reuters: V Konqres mətbuat qarşısında dayanan çağırışları müzakirə etməyə imkan verir
19:12 16 Noyabr 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünya Xəbər Agentliklərinin V Konqresinin Bakıda keçirilməsi jurnalistlərə aparıcı kütləvi informasiya vasitələrindəki həmkarları ilə mətbuat qarşısında dayanan çağırışları müzakirə etmək imkanı verir.

Bunu Trend-ə bu gün Bakıda Heydər Əliyev Mərkəzində keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasında iştirak edən "Reuters" agentliyinin beynəlxalq satış üzrə direktoru Anita Tobias deyib.

O bildirib: "Biz bu gün sosial şəbəkələr tərəfindən daha böyük rəqabətlə üzləşirik və insanlar məlumat əldə etmək üçün daha çox onlara müraciət edir. Ona görə bu cür çağırışların öhdəsindən gələ bilmək üçün biz yeni ideyalarla bölüşməliyik".

Qeyd edək ki, Azərbaycan noyabrın 16-dan etibarən üç gün ərzində nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edəcək. Tədbirlərdə dünyanın 80 ölkəsindən informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-a yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak edirlər. Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olunur. Belə ki, Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/490130.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR