Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Obama ilə Putin Peruda görüşəcək

Obama ilə Putin Peruda görüşəcək

Date: 16 November 2016 19:22

ABŞ prezidenti Barak Obama və Rusiyanın dövlət başçısı Vladimir Putinin ATES-in Peruda keçiriləcək sammitində görüşməsi mümkündür.

Milli.Az modern.az-a istinadən bildirir ki,bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da istisna etməyib.
Bununla belə, onun sözlərinə görə, görüş dəhlizdə baş tutacaq. Lakin prezidentlərin ikitərəfli danışıqları hələ ki planlaşdırılmayıb.
 
"Ayrıca ikitərəfli görüş haqda hələ ki Amerika tərəfiilə danışıqlar olmayıb. Aydındır ki, sammit zamanı dəhlizdə hansısa formada üz-üzə gələcəklər", - Peskov vurğulayıb.

Milli.Az


Tags:  Obama Putin Peruda görüşəcək


RƏYLƏR


Top news