Azərbaycanla Portuqaliya arasında iqtisadi əməkdaşlığa dair saziş imzalanıb

Azərbaycanla Portuqaliya arasında iqtisadi əməkdaşlığa dair saziş imzalanıb
19:27 16 Noyabr 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov portuqaliyalı həmkarı Auqusto Santos Silva ilə görüşüb. 
Nazirlikdən "Report"a verilən məlumata görə, görüş əsnasında nazirlər Azərbaycan və Portuqaliya arasında münasibətlərin hazırkı vəziyyətini nəzərdən keçiriblər. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı dəstəyin göstərilməsi, eləcə də xarici işlər nazirlikləri arasında məsləhətləşmələrin aparılmasının zəruriliyini vurğulayıblar. 
Portuqaliya XİN başçısı bu səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd edib. 
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində son vəziyyətlə bağlı həmkarına məlumat verən Elmar Məmmədyarov münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalı olduğunu vurğulayıb. O, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində mövcud status-kvonun qəbuledilməz və qeyri davamlı olması faktını qəbul etdiklərini bildirib. Elmar Məmmədyarov əlavə edib ki, güc tətbiqi yolu ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması qəbuledilməzdir. Nazir Ermənistanın müxtəlif təxribatlara əl ataraq danışıqlar prosesini pozmaq və işğala əsaslanan mövcud status-kvonu saxlamaq siyasəti yürütdüyünü diqqətə çatdırıb. Nazir Portuqaliyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməsinin və beynəlxalq hüququn norma və prinsiplərinə və Helsinki Yekun Aktına uyğun olaraq münaqişənin həllini dəstəkləməsinin yüksək qiymətləndirildiyini deyib. 
A.S.Silva ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini ifadə edərək, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan bu mövqeyinin davam etdiriləcəyini diqqətə çatdırıb.
Nazirlər Avropa İttifaqı Şurası tərəfindən Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığa dair sazişin hazırlanması üzrə danışıqların aparılması üçün Avropa Komissiyasına mandatın verilməsini təqdir ediblər və bu sazişin Aİ və Azərbaycan arasında ikitərəfli əlaqələrin hərtərəfli inkişafına müsbət təsir edəcəyinə əminlik ifadə ediblər. 
A.S.Silva Portuqaliyanın Azərbaycanın Aİ ilə əlaqələrinin inkişafını dəstəklədiyini bildirib. 
Görüşdə iki ölkə arasındakı ticarət dövriyyəsinin həcminin artırılması üçün potensialın olduğunu bildirilib və qeyri-neft sektoru, o cümlədən, turizm, kənd təsərrüfatı, yeyinti və yüngül sənaye sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün zəruri addımların atılmasının vacibliyi qeyd olunub. 
Nazirlər hər iki ölkədə fəaliyyət göstərən özəl şirkətlərin və iş adamlarının qarşılıqlı əməkdaşlığının daha da inkişaf etdirilməsi məqsədilə biznes forumların keçirilməsinin əhəmiyyətindən danışıblar.
Görüş çərçivəsində nazirlər “Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”i imzalayıblar. Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.
Mətbuat konfransında portuqaliyalı nazir bir daha ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan bu mövqeyinin davam etdiriləcəyini diqqətə çatdırıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Çaylarda son durum

21 İyul 2017 22:53

İnsanlar nə qədər plastik tullantısı yaradır? - İNANILMAZ RƏQƏM

21 İyul 2017 22:52

Günəş ləkələrinə qarşı maska - EVDƏ HAZIRLAYIN

21 İyul 2017 22:52

Beyninizi məşq etdirmək üçün TEST

21 İyul 2017 22:47

Saçlarım niyə tökülür? - 5 BİLMƏDİYİNİZ SƏBƏB

21 İyul 2017 22:47

Ağ Evin yeni mətbuat katibi bəlli oldu

21 İyul 2017 22:44

Ağ Evin yeni mətbuat katibi müəyyənləşdi

21 İyul 2017 22:43

Məktəb avtobusunda dünyanı gəzən cütlük - FOTO

21 İyul 2017 22:32

Marsa səyahət planı təxirə düşdü -

21 İyul 2017 22:29

Yumurtanı qaynadandan sonra suyunu atmayın - FAYDALARI

21 İyul 2017 22:27

Artıq çəki yığmamaq üçün... - Çox sadə QAYDA

21 İyul 2017 22:27

Türkiyədə növbəti zəlzələ

21 İyul 2017 22:23

Tutuquşunun şahidlik etdiyi cinayətin üstü açıldı

21 İyul 2017 22:22

Türkiyədə yenidən zəlzələ oldu

21 İyul 2017 22:19

Evtanaziya etmədilər, o da özünü öldürdü - FOTO

21 İyul 2017 22:17

Uşağınızın qız olmasını istəyirsinizsə, bunları yeyin - İNANILMAZ ÜSUL

21 İyul 2017 22:12

Donor əli olan ilk gənc - FOTO

21 İyul 2017 22:12

Bakı küçələrində qeyri-adi maşın - VİDEO

21 İyul 2017 22:05

Həyəti sulayırdı, elektrik nasosundan cərəyan keçməsi nəticəsində öldü

21 İyul 2017 21:57

İsrail əsgərləri namaz qılmağa gedən fələstinlilərə hücum ediblər -

21 İyul 2017 21:57

İstivurma zamanı nə etməli?

21 İyul 2017 21:52

Təkər alarkən bunlara diqqət etməlisiniz - Yoxsa CƏRİMƏLƏNƏCƏKSİNİZ! - VİDEO - FOTO

21 İyul 2017 21:52

Neftçala sakinini cərəyan vuraraq öldürdü

21 İyul 2017 21:44

Dənizdə batan daha bir nəfər xilas edilib -

21 İyul 2017 21:44

Mağazada yanğın olub

21 İyul 2017 21:42

Qüdsdə baş verən iğtişaşlar nəticəsində 3 fələstinli ölüb

21 İyul 2017 21:42

"Akkord" Korporasiyası Qazaxıstan Respublikasında 70.000.000 dollarlıq tenderin qalibi oldu

21 İyul 2017 21:32

Abşeronda mağaza yandı

21 İyul 2017 21:28

QADINLAR, DİQQƏT! Sizdə bu əlamətlərdən biri varsa... - HƏKİM XƏBƏRDARLIĞI

21 İyul 2017 21:27

Neftçalada 23 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb

21 İyul 2017 21:27

Məşhurları bir də belə görün -

21 İyul 2017 21:22

Abşeron rayonunda mağaza yandı

21 İyul 2017 21:14

2 illik cəzası qüvvədə qaldı

21 İyul 2017 21:12

Soyuq su içməyin! - Sağlamlıq üçün 5 ZIYANI

21 İyul 2017 21:05

Şura sədri: "2020-ci ildə Türkiyədə Azərbaycan sərmayələrinin səviyyəsi 20 milyard dollara çatacaq"

21 İyul 2017 20:57

Mərakeşdə Beynəlxalq Statistika İnstitutunun 61-ci dünya statistika konqresi başa çatıb

21 İyul 2017 20:57

Ancelina Coli ilə Bred Pitt haqqında GİZLİ fakt üzə çıxdı - FOTO

21 İyul 2017 20:57

Baş pediatrdan xəbərdarlıq - Valideynlər oxusun

21 İyul 2017 20:57

Tramp əsas kadrlarından birini itirdi -

21 İyul 2017 20:55

Havalar nə vaxtdan sərinləşəcək?

21 İyul 2017 20:52

"Mercedes" 12 yaşlı velosipedçini vurdu - Sabirabadda

21 İyul 2017 20:49

Şamaxı yolu çökdü - VİDEO

21 İyul 2017 20:47

Şahzadə Diananın şəxsi əşyaları sərgilənəcək - FOTO

21 İyul 2017 20:42

Polis və nəqliyyat müfəttişləri reyd keçirib - VİDEO

21 İyul 2017 20:37

Yıldız Tilbe "O Səs Türkiyə"də olacaq?

21 İyul 2017 20:35

"Ağ ev"də GÖZLƏNİLMƏZ İSTEFA

21 İyul 2017 20:33

Azərbaycan Prezidenti Rusiyaya işgüzar səfərə gəlib

21 İyul 2017 20:32

Şon Spayser Ağ Evin mətbuat katibi vəzifəsindən istefa verib

21 İyul 2017 20:32

"Zəlzələ gündüz olsaydı, indi dənizdən cəsəd toplayırdıq" - Qorxunc iddia

21 İyul 2017 20:32

İstanbulda Türkiyə ilə Azərbaycan arasında işgüzar əlaqələr müzakirə olunub

21 İyul 2017 20:27