Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İsa Həbibbəyli: “Bu Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafına bir nümunədir”

İsa Həbibbəyli: “Bu Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafına bir nümunədir”

Date: 16 November 2016 19:28

Özbək şairi Əlişir Nəvainin 575 illiyinə həsr olunmuş “Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib.

Publika.az xəbər verir ki, konfrans Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına ədəbiyyat İnstitutunun Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi ilə birgə təşkil edib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli qədim yaradıcılıq ənənələrinə malik özbək ədəbiyyatının əsas xüsussiyyətlərindən bəhs edib.

Akademik Əlişir Nəvainin heykəlinin Bakıda ucaldılmasını əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Özbəkistan ədəbi, mədəni əlaqələrinin inkişafına bir nümunə olduğunu söyləyib.

Hər iki ədəbiyyatın qarşılıqlı tədqiqinə və ədəbi əlaqələrin daha da inkişaf etməsinə imkanlar yaratması baxımından akademik İsa Həbibbəyli konfransın əhəmiyyətini yüksək qiymətləndirib və konfransın işinə uğurlar arzulayıb.

Daha sonra Özbəkistanın Azərbaycandakı səlahiyyətli səfiri Şerzod Fayziyev Azərbaycan-Özbəkistan ədəbi, mədəni əlaqələrinin əhəmiyyətindən söz açıb.

AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Nəvainin yaradıcılığı, poemalarının ideya mahiyyəti haqqında maraqlı məruzə edib.

Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr olunan yeni kitablar qonaqlara hədiyyə olunub. Özbəkistan səfirliyi və Nizami adına Daşkənd Dövlət Pedoqoji Universiteti adından akademik İsa Həbibbəyliyə hədiyyə və kitablar təqdim edilib.


Tags:  İsa Həbibbəyli Bu Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafına nümunədir

RƏYLƏR


Top news