SOCAR oktyabrda büdcəyə 125,34 milyon manat ödəyib

SOCAR oktyabrda büdcəyə 125,34 milyon manat ödəyib
19:47 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

SOCAR tərəfindən bu ilin oktyabr ayında dövlət büdcəsinə 125 milyon 345 min manat vəsait ödənilib.

Şirkətin mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, cari ilin yanvar-oktyabr aylarında isə büdcəyə 1 milyard 150 milyon 172 min manat vəsait ödənilib.

Bu ilin oktyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 207 min manat vəsait köçürüb. Həmin göstərici ötən ilin oktyabr ayı ilə müqayisədə 1 milyon 9 min manat və ya 109 faiz çox olub.

Cari ilin yanvar-oktyabr aylarında SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 119 milyon 370 min manat təşkil edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3 milyon 949 min manat və ya 103,4 faiz çoxdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/490141.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR