Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Aktrisa 40 ildən sonra etiraf etdi - FOTO

Aktrisa 40 ildən sonra etiraf etdi - FOTO

Date: 16 November 2016 19:52

"Star Wars" serialının qəhrəmanı aktrisa Kerri Fişer illər sonra həyatındakı sirr barədə danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, adıçəkilən serialda Hollivud ulduzu Harrison Fordla tərəf müqabili olan Fişer onunla 3 ay eşq yaşadığını bildirib.

Aktrisanın sözlərinə görə, 1976-cı ildə çəkilən filmdə onun 19, Fordun isə 33 yaşı olub. Kerri qeyd edib ki, həmin vaxt o, subay olsa da, aktyor evli və iki uşaq atası olub.

"Biz cəmi üç ay sevgi münasibətində olduq. Ford çox yaraşıqlı idi. Mən ona baxmaqdan doymurdum. Amma sonra öz-özümə fikirləşdim ki, onun kimi bir ulduz məni çətin həqiqətən sevsin. Ona görə ondan ayrıldım", - deyə Fişer etiraf edib.

Milli.Az




Tags:  Aktrisa 40 ildən sonra etiraf etdi FOTO

RƏYLƏR


Top news