"Tualetdə daha rahat yazıram"

"Tualetdə daha rahat yazıram"
19:52 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Harry Potter" əsərinin müəllifi kimi daha çox şöhrət qazanan yazıçı Coan Roulling istənilən şəraitdə əsərlərini yaza bildiyini söyləyib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Coan tualetdə olarkən daha rahat əsər yazdığını dilə gətirib.
 
"Müxtəlif şəraitdə yaza bilirəm: uşaqlarıma yemək verəndə, televizor qarşısında əyləşəndə, dostlarımda söhbətləşəndə. Amma ən rahat yerim tualetdir. Orada sakitlikdir deyə, fikrimi tam olaraq toparlaya bilirəm. Hətta elə olub ki, əsərin bir hissəni tam olaraq tualetdə oturarkən tamamlamışam".

Yazıçının sözlərinə görə, o yazmasa, yaşaya bilməz:

"Əsər yazmaq mənim üçün nəfəs almaq deməkdir. Yazı yazmayanda özümü narahat hiss edirəm. Düzdür, mənim artıq buna ehtiyacım yoxdur. Çünki, yazdıqlarımdan milyonlar qazanmışam. Amma yazmalıyam ki, yaşaya bilim".
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/490142.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR