"Ya Amerika, ya mən" - Kloe Sərdara şərt qoydu

"Ya Amerika, ya mən" - Kloe Sərdara şərt qoydu
20:01 16 Noyabr 2016
237 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Serdar Ortaçın model həyat yoldaşı, irlandiyalı Kloe Lauqnanla evliliyi bitmək üzrədir.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Kloe Sərdarın qarşısında inanılmaz şərt qoyub. Belə ki, "buradakı evi satıb, Amerikaya köçək. Ya mənimlə gedirsən, ya da bu sevgi bitər", deyən model Türkiyəni tərk edib.

Müğənni həyat yoldaşının bu şərtindən əsəbləşərək qərarı bir həftəyə açıqlayacağını bildirib.

"Kloe Mayamidə 400 min dollara bir villa görüb. Deyir ki, Türkiyədəki evi də satıb ora köçək. Mən orada neyləyəcəm?! Küçələrdə gitara çalacam?! Kim tanıyır məni orada?! Bəs, mənim bu günə qədər olan karyeram necə olsun?! Amma həyat yoldaşımı da çox sevirəm. Bilmirəm, necə olacaq. Bir həftəyə qərar verəcəm", - deyə S.Ortaç vurğulayıb.

Qeyd edək ki, cütlük 2014-cü ildə ailə həyatı qurub.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61272

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR