"Bakı beynəlxalq əməkdaşlığın əsas mərkəzlərindən birinə çevirib" - Mixail Qusman

"Bakı beynəlxalq əməkdaşlığın əsas mərkəzlərindən birinə çevirib" - Mixail Qusman
20:05 16 Noyabr 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan artıq neçə illərdir ki, mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Dünya humanitar forumu, sivilizasiyalararası dialoq forumu, müxtəlif idman yarışları və digər qlobal əhəmiyyətli tədbirlər Bakını beynəlxalq əməkdaşlığın əsas mərkəzlərindən birinə çevirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri noyabrın 16-da Bakıda işə başlayan Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçısı, Rusiyanın TASS İnformasiya Agentliyinin Baş direktorunun birinci müavini, görkəmli jurnalist və publisist Mixail Qusman deyib.

O bildirib ki, bu gün dünyanın 80-dən çox ölkəsindən aparıcı informasiya agentliklərinin təmsilçiləri Azərbaycan paytaxtına toplaşıblar və medianın inkişafı üçün birgə səylər göstərilir. Konqresin uğurla başa çatacağına əminliyini ifadə edən M.Qusman deyib ki, burada aparılan müzakirələr, qəbul olunan qərarlar, qarşıya qoyulan hədəflər dünya mediası üçün olduqca əhəmiyyətlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/490146.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR