Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda “Azərbaycan tolerantlıq nümunəsidir” mövzusunda tədbir keçirilib

Bakıda “Azərbaycan tolerantlıq nümunəsidir” mövzusunda tədbir keçirilib

Date: 16 November 2016 20:17

Bakı. 16 noyabr. REPORT.AZ/ Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində “Azərbaycan tolerantlıq nümunəsidir” mövzusunda tədbir keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorundan "Report"a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov, şərqşünas-alim, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı akademik Vasim Məmmədəliyev, Mərkəzdə və Fondda təşkil olunmuş ərəb dili kurslarının təlimçiləri və dinləyiciləri, Bilik Fondunun əməkdaşları və Könüllülər Birliyinin üzvləri iştirak ediblər.
Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin sədri Əhməd Sami Elaydi Azərbaycanda yaşadığı müddətdə qarşılaşdığı isti, mehriban münasibət, şahidi olduğu tolerant mühitdən bəhs edib. O deyib ki, Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin qovuşduğu bir məkanda yerləşməklə multikultural ənənələrə sadiqliyini nümayiş etdirib.
Oktay Səmədov tolerantlığın Azərbaycan xalqının genetik yaddaşında kök salmış dəyər olduğunu deyib.
Akademik Vasim Məmmədəliyev dünyada yayılmış bütün dinlərin nümayəndələrinin Azərbaycanda yaşadığını bildirərək ölkəmizdə onların hər birinə hörmətlə yanaşıldığını söyləyib.
Tədbir iştirakçıları “Azərbaycan tolerantlıq nümunəsidir” adlı sənədli filmi izləyiblər.


Tags:  Bakıda Azərbaycan tolerantlıq nümunəsidir mövzusunda tədbir keçirilib

RƏYLƏR


Top news