Elmar Məmmədyarov portuqaliyalı həmkarı ilə görüşdü

Elmar Məmmədyarov portuqaliyalı həmkarı ilə görüşdü
20:19 16 Noyabr 2016
47 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Auqusto Santos Silva ilə görüşüb.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş əsnasında nazirlər Azərbaycan və Portuqaliya arasında münasibətlərin hazırkı vəziyyətini nəzərdən keçiriblər. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı dəstəyin göstərilməsi, eləcə də xarici işlər nazirlikləri arasında məsləhətləşmələrin aparılmasının zəruriliyini vurğulayıblar. Portuqaliyanın xarici işlər naziri Auqusto Santos Silva bu səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd edib.

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində son vəziyyətlə bağlı həmkarına məlumat verən Elmar Məmmədyarov, münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalı olduğunu vurğulayıb. O, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində mövcud status-kvonun qəbuledilməz və qeyri davamlı olması faktını qəbul etdiklərini bildirib. Elmar Məmmədyarov əlavə edib ki, güc tətbiqi yolu ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması qəbuledilməzdir. Nazir Ermənistanın müxtəlif təxribatlara əl ataraq danışıqlar prosesini pozmaq və işğala əsaslanan mövcud status-kvonu saxlamaq siyasəti yürütdüyünü diqqətə çatdırıb. Nazir Portuqaliyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməsinin və beynəlxalq hüququn norma və prinsiplərinə və Helsinki Yekun Aktına uyğun olaraq, münaqişənin həllini dəstəkləməsinin yüksək qiymətləndirildiyini deyib.

 

Auqusto Santos Silva ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini ifadə edərək, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan bu mövqeyinin davam etdiriləcəyini diqqətə çatdırıb. Nazirlər Avropa İttifaqı Şurası tərəfindən Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığa dair sazişin hazırlanması üzrə danışıqların aparılması üçün Avropa Komissiyasına mandatın verilməsini təqdir ediblər və bu sazişin Aİ və Azərbaycan arasında ikitərəfli əlaqələrin hərtərəfli inkişafına müsbət təsir edəcəyinə əminlik ifadə ediblər. Nazir Auqusto Santos Silva Portuqaliyanın Azərbaycanın Aİ ilə əlaqələrinin inkişafını dəstəklədiyini bildirib.

 

Görüşdə iki ölkə arasındakı ticarət dövriyyəsinin həcminin artırılması üçün potensialın olduğunu bildirilib və qeyri-neft sektoru, o cümlədən, turizm, kənd təsərrüfatı, yeyinti və yüngül sənaye sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün zəruri addımların atılmasının vacibliyi qeyd olunub.  Nazirlər hər iki ölkədə fəaliyyət göstərən özəl şirkətlərin və iş adamlarının qarşılıqlı əməkdaşlığının daha da inkişaf etdirilməsi məqsədilə biznes forumların keçirilməsinin əhəmiyyətindən danışıblar.

 

Görüş çərçivəsində nazirlər “Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”i imzaladılar. Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər. Mətbuat konfransında portuqaliyalı nazir bir daha ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan bu mövqeyinin davam etdiriləcəyini diqqətə çatdırıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Allergik xəstəliklərin bioloji təbabət üsulu ilə müalicəsi - Video

28 İyul 2017 15:03

Azərbaycanla Peru arasında səfərlərin təşkili, XİN-lər səviyyəsində siyasi məsləhətləşmələrin aparılması məsələləri müzakirə olunub

28 İyul 2017 14:57

DİM-də abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb

28 İyul 2017 14:57

Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi vəzifədən

28 İyul 2017 14:57

Ər 35 yaşlı arvadını qətlə yetirdi - Ağstafada

28 İyul 2017 14:54

Yağlı dərilər üçün nanə maskası

28 İyul 2017 14:51

® Barama Innovasiya və Sahibkarlıq Mərkəzində Blockchain mütəxəssisləri bir arada

28 İyul 2017 14:49

Bu şəxslərlə əsla bir otaqda QALMAYIN! - Pis insanlardan qorunmağın 5 MÜHÜM QAYDASI

28 İyul 2017 14:48

Samir Abasov: "İstədiyim oyunu göstərmədilər”

28 İyul 2017 14:47

Rusiya bu 3 azərbaycanlı "qanuni oğru"nu axtarır - FOTO

28 İyul 2017 14:42

Bakıda qaldığı mənzildən pul oğurlayan kirayəşin saxlanılıb

28 İyul 2017 14:42

Spirtli içki və narkotik maddələrdən asılılığı olan məşhurlar

28 İyul 2017 14:40

Burak həyat yoldaşı və iki uşağına "Çin işgəncəsi" verdi

28 İyul 2017 14:37

Samir Abasov: “Hazırlıq prosesinin bizə xeyli köməyi olacağına inanıram”

28 İyul 2017 14:37

Yeni süni intellekt təxəyyüldən istifadə edəcək

28 İyul 2017 14:35

Bakıda avtobus dayanacağında DƏHŞƏT: kişi keçmiş arvadını...

28 İyul 2017 14:33

Aslan İsmayılovdan AĞIR İTTİHAM: "... kimliklərini hamıya açıqlayacağam"

28 İyul 2017 14:32

Unikal kadrlar: nəhəng köpəkbalığı çırpındı, qurtuldu - VİDEO - FOTO

28 İyul 2017 14:32

Şəbnəm Tovuzlunun konsertində gərgin anlar

28 İyul 2017 14:30

Bakıda arvadını bıçaqlamaqda təqsirləndirilən şəxsə hökm oxunub

28 İyul 2017 14:27

Sumqayıtda avtobus sürücülərinin özbaşınalığı - Departament nə deyir? - FOTO

28 İyul 2017 14:27

Bu gün ABŞ iqtisadiyyatı ilə bağlı II rübün göstəricisi açıqlanacaq

28 İyul 2017 14:27

Arvadı və oğlu məmuru vəhşicəsinə QƏTLƏ YETİRDİ: ŞOK TƏFƏRRÜAT - FOTO

28 İyul 2017 14:23

Norveç atıcısı: "Azərbaycan beynəlxalq yarışları yüksək səviyyədə təşkil edir" - FOTO

28 İyul 2017 14:22

İki uşağın ölüm oyunu şoka saldı - VİDEO - FOTO

28 İyul 2017 14:17

Alman siyasilərin diqqətində olan azərbaycanlı xanım - FOTOLAR

28 İyul 2017 14:13

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsi sentyabrda istismara tam hazır olacaq

28 İyul 2017 14:12

Peterburqda terror aktı hazırlamaqda şübhəli bilinən 7 nəfər saxlanıldı

28 İyul 2017 14:12

Leyla və Arif Yunuslar Avropada milyonçu oldular

28 İyul 2017 14:12

Dövlət Neft Fondunun gəlirləri açıqlandı

28 İyul 2017 14:11

Farsların şeytanın ağlına gəlməyən DƏHŞƏTLİ 10 CƏZA NÖVÜ: 3 dəfə öldürmək... - FOTOLAR

28 İyul 2017 14:08

ABŞ Senatının sanksiyası - köhnə düşmənlərə yenidən hücum

28 İyul 2017 14:07

75 milyonluq futbolçu arvadından boşandı - FOTOLAR

28 İyul 2017 14:07

Moldovada azərbaycanlı biznesmenləri şantaj edənlər kimlərdir?

28 İyul 2017 14:05

Ən məşhur "həmişəcavan" kişilər - SİYAHI - FOTO

28 İyul 2017 14:05

Bakıda sarsıdıcı olay: yeniyetmə qız valideynlərinin gözü qarşısında öldü

28 İyul 2017 14:04

Rusiyadan ABŞ-a sərt həmlə: “Sentyabrın 1-dən etibarən...”

28 İyul 2017 13:59

Rusiya ABŞ-a qarşı əks-hücuma KEÇDİ - Qarşıdurma QIZIŞIR

28 İyul 2017 13:58

Polis 50 yaşdan aşağı müsəlmanlara Qüdsdə namaz qılmağa icazə vermir

28 İyul 2017 13:57

Gürcüstan rəsmisi: "Bakı-Supsa neft kəməri fasiləsiz işləyəcək"

28 İyul 2017 13:57

Şirvanda toy mərasimində bəyi əqrəb sancıb

28 İyul 2017 13:53

"ABŞ bizi şantaj edir" - Rusiya XİN

28 İyul 2017 13:52

Donald Trampın çəkdiyi şəkil hərracda 29 min dollara satılıb

28 İyul 2017 13:52

Güclü dolu Murat Bozun avtomobilinin şüşələrini qırdı - VİDEO

28 İyul 2017 13:52

Lülə kababı evinizdə hazırlayın

28 İyul 2017 13:50

Əcnəbi turist: "Azərbaycan polisinin şücaəti və operativliyi məni valeh edib" - FOTO

28 İyul 2017 13:47

Toyda bəyi əqrəb sancdı: reanimasiyaya yerləşdirilib

28 İyul 2017 13:44

Prezidentlər payızda görüşə bilər - Ermənistan XİN-dən BƏYANAT

28 İyul 2017 13:43

Azərbaycan rayonlarında torpaq sahələrinin QİYMƏTLƏRİ

28 İyul 2017 13:42

Həkimlər ağır xəstəni polis bölməsinin qabağına atdılar - Bakıda şok olay

28 İyul 2017 13:42