Dünyaca məşhur azərbaycanlılar – FOTO

Dünyaca məşhur azərbaycanlılar – FOTO
20:22 16 Noyabr 2016
356 Ölkə
Ölkə mətbuatı
A- A+

Çoxlarımız Azərbaycanda yaşayıb-yaradan məşhurları tanısaq da, xarici ölkələrdə yaşayan soydaşlarımızın bəzilərini tanımırıq. Bəlkə də bir çoxlarını əcnəbi olaraq tanısaq da, xəbərimiz yoxdur ki, onlar Azərbaycan əsillidirlər (1news.az).

Milli.Az oxu.az-a istinadən dünyaca məşhur azərbaycanlıları təqdim edir:

Lütfi Zadə (əsl adı - Lütfəli Rəhim oğlu Əsgərzadə) azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru. Lütfi Zadə bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.

Əzizə Mustafazadə - dünyada Aziza Mustafa Zadeh olaraq tanınan məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısıdır. Azərbaycan musiqisində ilk dəfə muğam ilə caz musiqisini birləşdirən Vaqif Mustafazadənin qızıdır.

Emin (Emin Ağalarov) 1979-cu ildə Bakıda doğulub. Hazırda Rusiyada yaşayan Azərbaycan əsilli müğənni və musiqiçi, bir sıra mahnıların müəllifi, sahibkar və "Crocus Group" şirkətinin vitse-prezidentidir.

Araz Ağalarov - 1955-ci ildə Bakıda anadan olub. İqtisad elmləri doktoru, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidentidir. 2012-ci ildə Forbes jurnalının Rusiyanın "daşınmaz əmlak kralları"na dair hazırladığı reytinqdə Araz Ağalarov ikinci yeri tutub.

Çağla Şikel - aktrisa, model və aparıcı. Azərbaycan əsilli Qars ailəsindəndir, İstanbulda dünyaya gəlib. Anası adanalı olduğundan o ərazilərdə o qədər də yaşamayıblar. 1979-cu ildə anadan olan sənətçi hazırda türk kino və serial biznesinin uğurlu simalarından sayılır.

Nəsrin Cavadzadə - 1982-ci il iyulun 30-da Bakıda anadan olub. 11 yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçüb.  Hazırda Türkiyədə serial və kino aktrisasıdır. Nəsrin Mərmərə Universiteti Kino və Televiziya Fakültəsinin məzunudur.

Sami Yusuf - 21 iyul 1980-ci ildə dünyaya gələn Cənubi Azərbaycandan olan dünya şöhrətli müğənni və bəstəkardır. İngiltərədə yaşayan Azərbaycan əsilli müğənni, yazıçısı, bəstəkar, prodüser və musiqiçidir. Dünyanın ən prestijli musiqi institutlarından biri olan Londondakı The Royal Academy of Music də daxil olaraq bir çox tanınmış bəstəkarlardan musiqi təhsili alıb. Eləcə də Sami Yusif dünyada ən çox albomları satılan və YouTube-da klipləri izlənilən müğənnidir.

Fərhad Yusifov və ya Mark Jozef -  Azərbaycan aktyoru və rejissoru, Kanada ssenaristi və prodüseridir. Bakıdakı Konservatoriya yanında Xüsusi Musiqi Məktəbini pianoçu kimi bitirmiş Fərhad Yusifov sonra aktyorluq fakültəsinə daxil olaraq ikinci təhsil alıb. 1982-ci ildə Rusiya Dövlət Kinomotoqrafiya İnstitutunun Bədii filmin rejissorluğu fakültəsini bitirib. Bir sıra ekran əsərlərində  - "Nizami", "Dədə Qorqud" (Tural), habelə digər filmlərdə müxtəlif obrazları canlandırıb.

Timur Rodriqez (əsl soyadı - Kərimov) - Rusiyada şoumen, müğənni, TV və radio aparıcı, aktyor, bir sıra məşhur telelayihələrin iştirakçısıdır. O, 1979-cu ildə Rusiyanın Penza şəhərində azərbaycanlı aktyor Mikayıl Kərimovun ailəsində dünyaya gəlib.

Rüstəm Cəbrayılov - aktyor və model.  1986-cı ildə Rusiyada azərbaycanlı ailədə dünya gəlib. "The Best Model Of Azerbaijan - 2007" və "Best Model of the World - 2007" müsabiqələrinin qalibidir. Eləcə də Rüstəm bir sıra müsabiqələrdə qalib gəlib. O, "Nissan", "Samsung", "Brioni", "Gucci", "Yves Saint Laurent", "D&G", "Marc Ecko", "Çinici Collection", "Century 21" kimi məşhur şirkətlərlə çalışıb.

Rober Osseyn - fransız teatr və kino aktyoru, rejissor, prodüser, "Marinyi" bədii teatrının rəhbəridir. O, 1927-ci ildə Parisdə skripkaçı və bəstəkar Andre Osseynin (Əminulla Hüseynov - azərbaycan əsilli) ailəsində doğulub. 

Sara Şahi - ABŞ-da aktrisa və foto modeldir. Atası - İranda yaşayan azərbaycanlı, anası isə ispandır.

Andrea Kərimli (Mantea) - Rumıniyada yaşayan azərbaycan əsilli fotomodel.

Byanka Balti - məşhur italyan modeli. Atası məşhur model, anası isə Azərbaycan əsillidir.

Aylar Dianati Li - Norveçli model və aktrisa. Milliyyətcə Cənubi Azərbaycandandır.

Milli.Az



















RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Coşua Kliçkonu nokaut etdi

30 Aprel 2017 03:24

İranın "GEM" telekanalının prezidenti Türkiyədə qətlə yetirilib

30 Aprel 2017 03:22

Mosulda polislərə hücum edən terrorçular məhv edilıb

30 Aprel 2017 02:49

Çində mağara evi - FOTO

30 Aprel 2017 02:37

Mosulda 14 polis əməkdaşı partlayışın qurbanı olub

30 Aprel 2017 02:29

Fransadakı beynəlxalq konfransda Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalına toxunulub

30 Aprel 2017 02:22

Doşab inanılmaz dərəcədə faydalıdır

30 Aprel 2017 02:14

Qurban Qurbanov “Qarabağ”ın yay planlarını açıqladı

30 Aprel 2017 02:04

Təl-Əvivdə şou-rum - FOTO

30 Aprel 2017 01:32

Estoniyada 5 min ev işıqsız qalıb

30 Aprel 2017 01:29

Yeni nəsil elektrik maşınlarının istehsalı çətinləşir

30 Aprel 2017 01:18

Şəhriyar Məmmədyarov Vüqar Həşimovun xatirə turnirində ilk məğlubiyyətlə üzləşib

30 Aprel 2017 01:02

Məşhurlar uşaq əmizdirərkən

30 Aprel 2017 01:00

Xaçmazda yanğın olub

30 Aprel 2017 00:55

Maşın 11 yaşlı uşağı vurub komaya saldı

30 Aprel 2017 00:49

"Bavariya"dan ardıcıl 5-ci çempionluq

30 Aprel 2017 00:48

Kubada hərbi təyyarə qəzaya uğradı

30 Aprel 2017 00:47

Polis müştəri saç ustası tərəfindən döyüldü

30 Aprel 2017 00:31

Türkiyədə "Wikipedia"ya giriş bağlanıb

30 Aprel 2017 00:22

İntihara əl atan qadını polis xilas etdi

30 Aprel 2017 00:16

Polad Bülbüloğlu bu ölkənin xalq artisti oldu

30 Aprel 2017 00:09

Astroloji proqnoz - 30 aprel

30 Aprel 2017 00:08

Əyləncənin "dozası"nı qaçıranda belə olur

30 Aprel 2017 00:07

“Əgər Ermənistanın belə silahları vardısa döyüşü niyə uduzurdu?...” LONDONDAN ERMƏNİLƏRƏ SUAL

30 Aprel 2017 00:05

Premyeraya şəffaf geyindi - FOTO

30 Aprel 2017 00:05

300 manata görə həbsxanalıq oldu

30 Aprel 2017 00:05

Günün qoroskopu: sual verməkdən çəkinməyin

30 Aprel 2017 00:05

Polad Bülbüloğluya "Türkmənistanın Xalq artisti" adı verilib

30 Aprel 2017 00:01

ABŞ həbsxanalarında bərbad vəziyyət: qadınlara təcavüz edilir

29 Aprel 2017 23:57

İldırım sürətli silahlanma – kabus, yoxsa reallıq...

29 Aprel 2017 23:57

Corab sataraq milyonçu olan məktəbli

29 Aprel 2017 23:57

Cəlilabadda uşağı avtomobil vurdu

29 Aprel 2017 23:52

Kürək və onurğaətrafı nahiyələr nədən ağrıyır?

29 Aprel 2017 23:52

Gəncə sakini bıçaqlandı

29 Aprel 2017 23:49

Bakıdakı şadlıq sarayları taktikanı dəyişir

29 Aprel 2017 23:48

Hikmətyar talibləri danışıqlara çağırdı

29 Aprel 2017 23:47

Qulaq ağrısına qarşı təbii üsul

29 Aprel 2017 23:47

Təzə gicitkən - SAĞLAMLIQ MƏNBƏYİ

29 Aprel 2017 23:42

Gənəgərçək yağının artritə dərman olduğunu bilirdinizmi?

29 Aprel 2017 23:42

Bu qızı geyiminə görə yarışa buraxmadılar

29 Aprel 2017 23:40

Məşhur aktrisa yarıçılpaq fotolarını paylaşdı - FOTO

29 Aprel 2017 23:32

Gəncədə 22 yaşlı gənc bıçaqlanıb

29 Aprel 2017 23:32

İŞİD silahlıları Taliban rəhbərlərindən birini öldürüblər

29 Aprel 2017 23:29

Gizlətdiyi sevgilisi ilə əl-ələ görüntüləndi - FOTO

29 Aprel 2017 23:27

Lincoln-dan yeni Navigator - FOTO

29 Aprel 2017 23:27

Göyərtəsində 39 sərnişin olan təyyarə qəzaya uğradı

29 Aprel 2017 23:23

Hind qızları palçığa batan avtobusu dartıb çıxardılar

29 Aprel 2017 23:22

Erməni Kardaşyan Meksika kurortunda - FOTO

29 Aprel 2017 23:22

Namazın vacib olmasının sirri

29 Aprel 2017 23:22

Shamkir Chess-2017: 8-ci tur bitdi

29 Aprel 2017 23:22