Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 16 Noyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 16 Noyabr

Date: 16 November 2016 20:24

GÜNÜN ŞƏRHİ

 

12 il öncə bu gün APA abreviaturası Azərbaycan mediası üçün heç nə kəsb etmirdi. 12 il sonra bu gün APA Azərbaycan mediasının sinoniminə çevrilib. APA-nın bu statusu qazanmasının arxasında istək, məsuliyyət və zəhmət dayanır. Bunlardan biri əksik olsa, APA Azərbaycan media məkanının brendlərindən biri olmazdı. Bu üç anlayışın hər birinin qarşısında bir kollektiv sözü dayanır. Kollektiv istək, kollektiv məsuliyyət və kollektiv zəhmət hesabına 1 nömrəyə çevrilən APA informasiya agentliyi bu gün 12 yaşını tamamlayır. 12 yaş təkcə APA-nın yaşı deyil, bu, həm də Azərbaycanda internet medianın inkişaf tarixidir. Ən yeni media tariximizdə əksər ilklərə imza atmağı bacaran APA-nın hədəfləri müasir texnologiyaların inkişafı ilə paralel olaraq dəyişir və böyüyür. APA TV ailəsi olaraq APA informasiya agentliyinin 12 yaşını təbrik edir, yeni yaşlarda yeni uğurlara imza atmalarını diləyirik. 12 yaşın mübarək olsun, APA!

 

Vüqar MƏSİMOĞLU 


Tags:  Nəsimi Nəbizadə Ana xəbər bloku 16 Noyabr


RƏYLƏR


Top news