Qadın futbolçunun hamamda fotosunu çəkdilər - QALMAQAL

Qadın futbolçunun hamamda fotosunu çəkdilər -   QALMAQAL
20:27 16 Noyabr 2016
278 İdman
Ölkə mətbuatı
A- A+

Qadın futbolçular arasında İspaniya çempionatının “Atletiko” - “Torrelodones” oyunundan sonra xoşagəlməz hadisə yaşanıb.


Qonaq komandanın futbolçularından biri oyundan sonra duş qəbul edərkən, bir nəfərin pəncərədən mobil telefonla onun fotolarını çəkdiyini görüb. Xanım futbolçu hadisəylə bağlı dərhal polisə şikayət edib. Polis məsələylə bağlı təhqiqata başlayıb. Fotoları çəkən şəxsin “Atletiko”nun əməkdaşı olduğu deyilir.


Madrid klubunun rəhbərliyi qadın oyunçuyla görüşərək, ona təskinlik verib.


“Torrelodones” klubu isə bəyanat yayaraq, baş vermiş hadisəyə görə “Atletiko”dan üzrxahlıq gözlədiklərini bildiriblər. (Publika.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qadn-futbolcunun-hamamda-fotosunu-ckdilr-t54201.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR