Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı işsizlərdən maraqlı biznes ideyaların SİYAHISI

Azərbaycanlı işsizlərdən maraqlı biznes ideyaların SİYAHISI

Date: 16 November 2016 20:47

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi özünüməşğulluğun təmin edilməsi proqramı çərçivəsində öz biznesini qurmaq üçün müraciət edən işsiz vətəndaşların biznes planlarının siyahısını açıqlayıb.

Milli.Az fins.az-a istinadən bildirir ki, 16 rayondan 304 nəfər şəxs öz biznes planlarını tqədim edib.

Onlardan 244 nəfərə müsbət cavab verilib.

Müsbət qiymətləndirilən biznes-planların 83,6%-i kənd təsərrüfatı, 9,4%-i xidmət, 6,6%-i istehsal və 0,4%-i ticarət sahəsinə aiddir.

Siyahıda öz bizneslərini qurmaq istəyən rayon sakinlərindən maraqlı təkliflər gəlib. Xüsusilə qadınların belə ilginc ideyaları maraq doğurur. Siyahıda yer alan  bizles planların ən  maraqlılarını seçib sizə təqdim edirik.

- Çay evi

- Bərbərxana

- Qadın salonu

- Mərasim evi xidməti

- Dəmir darvaza İstehsalı

- Südlük heyvandarlıq

- Avtomobil təmiri

- Avtoyuma

- Dönərçi

- Əkinçilik (Pomidor)

- PlayStation

- Pendirçilik, maldarlıq

- İnkubator

- Heyvandarlıq ətlik, südlük

- Ətlik(quş)

- Tingçilik

- Musiqi avadanlığı

- Qəssablıq - (toğlu alacaq - kəsib satacaq)

- Qoyunçuluq

- Südçülük

- Kökəltmə

- Hind quşu

- Makaron istehsalı

- Şirniyyat istehsalı

- Plastik  qapı-pəncərə

- Çörək-bulka istehsalı

- Tikişçilik-dərzi

- Tikinti materialları istehsalı

- Kiçik fotostudiya

- Kompüter salonunun işlədilməsi

- Mebel sahəsində xidmət

- Kompüter və telefon aksesuarlarının  satışı

- İstixana

- Ərzaq mallarının satışı

- Ət kəsimi və satışı

- Arıçılıq

- Ot və yem üyüdən

- Komputer kursu və xidmətləri

- Tor toxuma

- At yəhərlərinin tikilişi və təmiri

- Dərzilik

- Keçicilik

- Yuxa və təndir çörək istehsalı

- Şirniyyat sexi

- Tamet, plitə istehsalı

- Xınayaxdı mərasimi

- Bəzək quşlarının satışı

- Dülgərlik sexi

- Qaz bəsləmə Təsərrüfatı

Qeyd edək ki, bunlar ilk mərhələdə toplanan biznes ideyalardır. Nazirlik yeni təkliflərin qəbul edilməsi və qiymətləndirilməsini davam etdirir.

Milli.Az


Tags:  Azərbaycanlı işsizlərdən maraqlı biznes ideyaların SİYAHISI

RƏYLƏR


Top news