Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

NASA-nın Mars planetinə göndərdiyi aparat Yerə maraqlı fotolar göndərib

NASA-nın Mars planetinə göndərdiyi aparat Yerə maraqlı fotolar göndərib

Date: 16 November 2016 21:22

NASA-nın Mars planetinə göndərdiyi "Curiosity" aparatı Yerə maraqlı fotolar göndərib.

Milli.Az publika.az-a istinadən bildirir ki, göndərilən fotolar arasında ən diqqət çəkəni insana bənzər məxluqların olmasıdır.

Marsda həyatın olmadığı üçün bu fotolar fikirləri qarışdırıb. Alimlər araşdırıblar ki, fotoda insana bənzər varlıq bədən quruluşuna oxşayan adi daş parçası da ola bilər. Lakin digər bir fotoda insan başının skeletinin görünməsi diqqət çəkir. Bunun yadplanetli ola biləcəyi ehtimal edilir. Ən maraqlısı isə insana bənzər məxluqla baş skeletinin bir-birindən fərqlənməsidir. Bu isə "Əgər Marsda hansısa canlı varlıqlar yaşayırsa, onlar bir-birindən fərqlənir" fikrini gündəmə gətirir.

Fotoların birində böyük insan üzü də qeydə alınıb. Bununla yanaşı, timsaha bənzər məxluqlar da görünür.

Milli.Az









Tags:  NASA-nın Mars planetinə göndərdiyi aparat Yerə maraqlı fotolar göndərib

RƏYLƏR


Top news