Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Keçəlləşməni müalicə edən dərman tapılıb

Keçəlləşməni müalicə edən dərman tapılıb

Date: 16 November 2016 21:47

LiveScience xəbər verir ki, Braziliyada ümumi alopesiyadan (keçəlləşmə) əziyyət çəkən 2 xəstəyə revmatoid artritin müalicəsində istifadə olunan "tofasitinib" adlı dərman kömək edib.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, Braziliyanın Albert Eynşteyn adına xəstəxanasının tədqiqatçıları bu haqda məqalə dərc ediblər.

Ümumi alopesiya zamanı bədəndə olan bütün tüklər tədricən tökülür. Xəstəlik insanın sağlamlığı və həyatı üçün təhlükə yaratmasa da ciddi psixoloji problemlərə, depressiyaya səbəb olur.

Eksperiment zamanı xəstələr hər gün tofasitinib qəbul edirdilər. 2 aydan sonra tük örtüyü bərpa olunmağa başladı. Alimlərin müşahidələrinə görə, 9 ay ərzində xəstələrdə heç bir yanaşı təsirlər inkişaf etməyib.

Araşdırmalar davam edir.

Milli.Az


Tags:  Keçəlləşməni müalicə edən dərman tapılıb

RƏYLƏR


Top news