Amerika kəşfiyyatını aldadan, dünyanı xilas edən "Topaz" və "Firuzə" - SİRLİ CASUSLAR

Amerika kəşfiyyatını aldadan, dünyanı xilas edən "Topaz" və "Firuzə" - SİRLİ CASUSLAR
21:52 16 Noyabr 2016
102 Maraqlı
Ölkə mətbuatı
A- A+

Hollivudun “sirli mələyi” - FOTOLAR (01 May 2017 08:03)
Cavanşir Məmmədovdan ŞOK SÖZLƏR: "Firuzə İbadova ilə sevgili olmuşuq" (27 Mart 2017 13:38)
Cavanşir Məmmədovdan şok açıqlama (27 Mart 2017 12:37)

1989-cu ilin dekabrı: Soyuq və borana baxmayaraq, Brüsselin bütün küçələri insanlarla dolu idi. Milad həftəsi başlanmışdı və hər kəs Berlin divarının dağıdılması, Şərqi Avropada "məxməri inqilablar"ın uğuru, "soyuq müharibə"nin başa çatması, ümumiyyətlə kommunizmin məhvi arzusu ilə badə qaldırırdı. Şəhər ətrafında yerləşən Tervyuren qəsəbəsindəki təmtəraqlı ev isə tutqun və sakit idi.

Ev sahibi olan 44 yaşlı Rayner Rupp NATO-nun qərargahında yüksəkvəzifəli məmurlara məxsus bahalı pencəyini geyinib. O, pərdələri kip örtdü və zirzəmiyə endi. "Ştazi" (sosialist Almaniyanın kəşfiyyat orqanı) qərargahı ilə danışığın vaxtı başlayırdı. Qısadalğalı ötürücü aparatını qoşaraq, radioda gizli tezliyi tapdı.

Lakin o, rəqəmli kodun yerinə "kiçik ördək balaları" mahnısını eşitdi. Bu şən uşaq mahnısı 80-ci illərdə demək olar ki, bütün radiolarda eşidilirdi.
Rupp ağır-ağır nəfəs aldı. Bu, şərti həyəcan siqnalı idi. Əməliyyat məhv edilmiş, "Topaz" agenti dərhal Brüsseldən təxliyə olunmalıdır.

Amma o, hara qaça bilərdi?

"Ştazi" kəşfiyyatı daha mövcud deyildi, yalnız Rayner Rupp kimi özlərini xilas etməli olan kəşfiyyatçılar qalmışdı. Sosialist Almaniyası da yox idi, lakin SSRİ hələ qalmışdı. Amma o, SSRİ rəhbərliyinin hansına inana bilərdi? Kim zəmanət verə bilərdi ki, qırmızıların imperiyası özü-özünü Qərbə satmayıb?

- Nə oldu, əzizim - ərinin solğun sifətinə baxan arvadı Anna Kristina soruşdu.

- Bizi satdılar, Enn. Bilirsən, mən həmişə hazır idim ki, hansısa tamahkar ştab əclafı bizi satacaq, amma heç vaxt gözləmirdim ki, bütün ölkə bizi satacaq. Axı biz ölməyə belə hazır idik...

- İndi nə olacaq?

- İndi biz özümüz-özümüzü qoruyacağıq, əzizim.

***

Milli.Az publika.az-a istinadən illərlə NATO-nun qərargahında casusluq edən ailə haqda araşdırmanı təqdim edir.

***

30 iyul 1993-cü il: Katerina Ruppun (Raynerin anası) 70 illik yubileyi bir anda bitdi. Çünki alman kəşfiyyatının xüsusi təyinatlı dəstəsi evi mühasirəyə almışdı. Hər şey Hollivud filmində olduğu kimi idi: evin üstündə vertolyot havada dayanmışdı, zirehli avtomobillər və polis maşınları yolu bağlamışdı, qara maskalılar bütün qonaqları diz üstə çökdürdü.

- Rayner Rupp, siz həbs edilirsiniz! - böyük zabit onun qollarını qandallayaraq bağırdı.

Rupp yalnız qəzəblə fınxırırdı: "Burada nəsə səhv var, siz məhkəmədə cavab verməli olacaqsınız. Çünki dürüst vətəndaşların evinə soxulursunuz!".

O, daxilən sakit idi. Üç il idi ki, həbsə hazırlaşırdı. Bütün dəlilləri məhv etmişdi: radioötürücülər, kodlar, "Minoks" casus kamerası, mikrofilmlər və onlar üçün konteynerlər. Bütün sənədlər də məhv edilmişdi. Əbəs yerə deyildi ki, "Topaz" ləqəbli casus Ruppu illər ərzində Almaniya kəşfiyyatı (BND) və Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) tapa bilmirdi. O, illərlə Qərbin xüsusi xidmət orqanlarını aldatmışdı.

***

Rayner Rupp dünyanın ən yaxşı kəşfiyyatçılarından hesab olunur. O, 1945-ci ildə Trir yaxınlığında Saarburqe şəhərciyində doğulub. Bura II Dünya Müharibəsində dağıdılan kiçik ərazidir və əsasən turistlərin gəldiyi yerdir. Oradakı almanlar yaşamaq üçün bellərini əyərək, var gücləri ilə çalışırlar.

Rupp məktəbi bitirəndən sonra, Mayntsa getdi və orada tikintidə işləməyə başladı. Sonra Qutenberq Universitetinin iqtisadiyyat fakültəsinə daxil oldu. Oranı bitirəndən sonra Parisə getdi və orada Sarbonna Universitetinə daxil oldu.
60-cı illərin coşqun siyasi dövründə hər bir özünə hörmət edən tələbə kimi Rayner də proseslərə qoşulmuşdu. Nümayişlərin birində o, Kurtla tanış oldu. Kurt onu şorbaya qonaq etdi, hansı ki, yoxsul Rayner neçə gün idi ki, heç nə yemirdi. Onlar Stalin haqqında, onun nasistlərlə mübarizəsi barədə danışdılar. Şərqi Almaniyanın kəşfiyyat xidməti olan "Ştazi"nin zabiti olan Kurt tezliklə Raynerə dünya inqilabının hazırlığında şəxsən iştirak etməyi təklif etdi.

- Belə oğlanlar bizə lazımdır. Sənin əla beynin və iqtisadi təhsilin var, biz sənin Brüsseldə bankların birinə işə girməyinə kömək edəcəyik. Lakin əvvəlcə sən bizim təlimi keçməlisən.

Rayner sevinclə razılaşdı. Kurt həmçinin onu Anna Kristina Bouenlə (gələcəkdə arvadı olacaqdı) tanış etdi. Anna Böyük Britaniyanın Müdafiə Nazirliyinin mayorunun qızı idi. Məhz atanın təkidi ilə Anna Müdafiə Nazirliyinin bölmələrinin birində katibə işləyirdi. 1968-ci ildə o, NATO-dakı Böyük Britaniya hərbi missiyasının tərkibində Brüsselə yola düşdü. Lakin o, atasının təsirindən qurtulub, inqilabçı pivəxanaların daimi iştirakçısına çevrildi, Qərb imperialistlərinə qarşı yeni müharibə haqqında düşünən anarxistlər və kommunistlər onu böyük parçlarda pivəyə qonaq edərək, qəbul etdilər. Rayner və Anna bir-birini görən kimi, aşiq olmuşdular. Sevgisini ilk olaraq Rayner etiraf etdi. Həm də sovet casusu olduğunu dedi, bildirdi ki, bu işlə hər kəsə kömək etmək istəyir. "Ştazi" yeni ər-arvadı qəbul etdi. İlk olaraq Raynerin ləqəbi "Mozeli", arvadının ləqəbi isə "Firuzə" oldu.

1977-ci ildə Rayner Rupp Brüsseldə NATO qərargahında siyasi bölmənin iqtisadi analitiki oldu.

"Mən çox məxfi sənədlərə çıxış əldə etmişdim və onları dərhal "Ştazi"yə ötürür, onlar da Moskvaya göndərirdilər", - sonralar Rupp etiraf edirdi.

Rayner NATO-nun strateji planlaşdırma mərkəzinə işə götürələndən sonra, onunla birbaşa "Ştazi"nin əfsanəvi kəşfiyyatçısı Markus Volf məşğul olmağa başladı. Bundan sonra "Mozel" ləqəbi və bu ləqəb altında görülən işlər məhv edildi. Ortaya "Topaz" çıxdı, Raynerin yeni ləqəbi bu idi. Onun yeni ləqəbini yalnız Markus Volf və bir neçə etibarlı insandan başqa heç kim bilmirdi.

Rayner bütün casusluq fəaliyyəti dövründə Moskvaya 10 min tam məxfi sənəd verməyi bacardı. Nazik pərdəli kassetləri o, ikiqat pivə bankasında gizlədirdi və dərhal kuryerə verirdi. Kuryerlə əlaqəni qısa dalğaya köklənmiş tranzistorun köməyi ilə qururdu.

NATO-nun Baş qərargahında Britaniya idarəsinin müdirinin katibəsi işləyən arvadı Anna da sirləri çatdırırdı. O, demək olar ki, hər gün evə əl çantasına doldurduğu məxfi sənədlərlə gəlirdi. Məsələn, o, tam məxfi sənəd olan "MC 161 Planı"nı çıxarmağı bacarmışdı. Hansı ki, Natonun baş katibinin imzası olan bu sənədləri kabinetdən çıxarmaq qadağan idi. Moskva bu sənəd sayəsində NATO-nun bütün üstün və zəif cəhətləri haqda məlumat əldə etdi.

Həmçinin, "Topaz" sayəsində Moskva 1983-cü ilin qəfil təxribat planı haqda əvvəlcədən xəbər tutdu. Bu, "təcrübəli ox atan" adlı təlimdən ibarət idi və nüvə zərbəsi zamanı SSRİ-nin Hava Hücumundan Müdafiə güclərinin hazırlığını yoxlamaq məqsədi daşıyırdı. O vaxt Reyqan odla oynayırdı: onlar sovet şəhərlərinə nüvə zərbəsinin endirilməsini imitasiya etməyi düşünürdülər. Amerikalı zabitlər bu halda sovet hərbiçilərinin nə edə biləcəyini yoxlamaq istəyirdi. Lakin SSRİ bu təxribata aldanmadı. Dövlət Təhlükəsizlik Komitəsindəki (KQB) Amerika casusları məlumat ötürdülər ki, NATO rəhbərliyində "Ştazi"nin agenti var.

Yox, "Topaz" heç bir səvh etmədi. Berlin divarı dağılandan sonra "Ştazi"nin bütün sənədləri alman kəşfiyyatının əlinə düşdü. Lakin Rayner artıq bundan xəbər tutmuşdu. Amerikalıları NATO-dakı casusların kimliyi maraqlandırırdı. Bunu öyrənmək üçün "Ştazi"nin keçmiş əməkdaşlarını həbslə qorxudur, yaxud onlara təhlükəsizlik və külli miqdarda pul vəd edirdilər. Tezliklə satqın tapıldı: polkovnik Hayns NATO-dakı casusun adının "Topaz" olduğunu dedi və onun "Ştazi"dəki daxili qeyd nömrəsini verdi. Lakin bu, "Topazı" tutmağa kifayət etmədi. NATO rəhbərliyi üç il ərzində onu tutmaq üçün uğursuz addımlar atdılar. Onlar bacarmırdı və çox güman ki, Raynerin adı sirr olaraq qalacaqdı...

Markus Volfun etibar etdiyi adamlarından olan "Ştazi"nin keçmiş generalı Piter Devo amerikalılara öz xidmətini təklif etdi. O, yarım milyon dollara agentlərin siyahısını və onların qeyd nömrələrini Mərkəzi Kəşfiyyat İdarəsinə satdı. Vaşinqton xəbər tutdu ki, NATO-nun strateji planlaşdırma mərkəzinin rəis müavini, təvazökarlığı ilə ad çıxarmış Rayner Rupp "Ştazi"nin agenti imiş.

- Mən hiss edirdim ki, ətrafımda üzük daralır - Rupp sonralar danışırdı - Lakin qaçmağa yerim yox idi. Sosialist Almaniya Respublikası və SSRİ artıq yox idi. Qorbaçov belə mənim kimi agentləri satdı. Əminəm ki, o, "Ştazi" agentlərinin amnistiyası haqda amerikalılar və qərbi almanlarla razılaşsaydı, biz azadlıqda qalardıq. Mən sadəcə gözləmək qərarına gəldim və buna görə də həbsi sakitcə qəbul etdim.

***

İstintaq Rayner Ruppun casus fəaliyyəti ilə bağlı konkret sübut tapa bilmədi, yalnız "Ştazi"nin qeyd dəftərində yazılanlar var idi. Təkadamlıq kamerada uzun dindirmələrə və işgəncələrə baxmayaraq, Raynerin iradəsini sındırmağı bacarmadılar. Bununla belə Düsseldorfda məhkəmənin hökmü sərt oldu: 12 il həbs cəzası. Annanı ərinin fəaliyyəti haqda xəbər verməməkdə ittiham edirdilər, lakin Rayner onun da günahlarını öz üzərinə götürdü.

Rayner təkadamlıq kamerada yeddi ildən çox oturdu.

- Mən tək qalmağıma baxmayaraq, ağlımı itirmədim. Bunun səbəbi sadədir: doğru olduğum hissi mənə güc verirdi. Hətta ittihamnamədə yazdılar ki, mən pulsuz və könüllü olaraq sovet kəşfiyyatına işləmişəm. Bəli, mən fəaliyyətim boyunca bir dollar belə almadım. Bundan başqa, göstərilir ki, mən nüvə müharibəsinin qarşısını almaqda əsas rol oynayan casusam. Mən bununla da fəxr edirəm. Mən nüvə müharibəsinin qarşını almaq üçün öz həyatımı təhlükəyə atdım. Nəhayət, mən fəxr edirəm ki, sosializmin qurulması üçün çalışmışam. Mən əmin idim ki, sosializm bizim gələcəyimizdir.

Rayner Rupp dünyanı nüvə müharibəsindən xilas etmişdi və buna görə, ona Nobel Sülh Mükafatını vermək olardı. Təbii ki, o, sovetlərə yox, Amerikaya işləsəydi...

Rayner yüzlərlə alman yazıçı və ziyalısının xahişindən sonra 2001-ci ildə vaxtından əvvəl azadlığa çıxdı. Arvadı ilə birlikdə Luksenburqda yaşamağa başladı. O, həbxsanada olarkən, anası vəfat etmişdi.

Rayner "Ştazi Sirləri" kitabını yazdı və hər şeyi olduğu kimi qeyd etdi. Onsuz da artıq onu ikinci dəfə mühakimə etmək hüququna malik deyildilər. Daha sonra "Veltaların Yunqası" adlı gənclər qəzetinin baş redaktoru oldu və jurnalistikaya gəldi. Bu gün "Topaz" ideoloji cəbhədə müharibə aparır.

Milli.Az


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

ADU-da “Mədəniyyət günəşi” adlı tədbir keçirilib (FOTO)

24 May 2017 17:50

Prezident: İtaliya və Azərbaycan arasındakı səmərəli əlaqələr gələcəkdə daha da dərinləşəcək və şaxələnəcək

24 May 2017 17:50

Yarasalarla bağlı heyrətə düşəcəyiniz MƏLUMAT: insan kimi... - FOTO

24 May 2017 17:48

Məhkəmədə hakim Maşallah Əhmədova xəbərdarlıq edib

24 May 2017 17:47

Praqada “Çexiya və müsəlman ölkələri arasında münasibətlər” mövzusunda konfrans keçirilib

24 May 2017 17:47

"Azərbaycan özünü stabillik adası kimi təqdim etməyi bacardı" - Millət vəkili

24 May 2017 17:47

Türkiyə nəhəngi xorvat ulduza 7 milyon maaş verəcək

24 May 2017 17:47

Maşallah Əhmədov: "Adam kişi olar"

24 May 2017 17:44

Tanınmış şair Əkrəm Əylislini təhqir etdi: “Qoduğun yazdığı nəyə lazımdı ki?”

24 May 2017 17:43

Maşallah Əhmədovun İrandan gətirdiyi daşlara baxış keçiriləcək

24 May 2017 17:43

Azərbaycanlı müğənninin şokoladından qurd çıxdı - VİDEO

24 May 2017 17:42

Azərbaycan diaspor rəhbəri İzmirdə bələdiyyə sədri ilə görüşüb

24 May 2017 17:42

Metro istifadəçilərinin NƏZƏRİNƏ!

24 May 2017 17:39

Monteneqro bu tarixdə NATO-nun rəsmi üzvü olacaq - Kremlə ŞOK XƏBƏR

24 May 2017 17:38

Azərbaycan millisinin üzvü "Fənərbağça"ya transfer edildi

24 May 2017 17:37

Sankt-Peterburqda metro stansiyası bağlanıb

24 May 2017 17:36

Yığmamız Avropa çempionatının hazırlığına başlayır

24 May 2017 17:36

Analitiklər istehlak robotları bazarının həcminin 5 qat artımını proqnozlaşdırırlar

24 May 2017 17:35

Proqram təminatında aşkar edilmiş boşluqların sayı 30% yüksəlib

24 May 2017 17:35

“Diplom haqqında arayış” elektron xidməti yeniləndi

24 May 2017 17:35

Əsədin qırıcıları ABŞ-ın bombaladığı hərbi bazaya döndü - FOTOLAR

24 May 2017 17:33

Əl-ələ gəzən prezidentlər və Trampa əks-hücum - MARAQLI ANLAR FOTO/VİDEODA

24 May 2017 17:33

Öldürdüyü şəxsin cəsədini 170 hissəyə ayıran qatilin başını bankada saxlayırlar - FOTO

24 May 2017 17:32

Baş Prokurorluqda Avropa Komissiyası ilə birgə tədbir keçirilib

24 May 2017 17:32

Götzenin qardaşı "Bavariya"yla müqavilə bağladı - RƏSMİ

24 May 2017 17:27

İnstagram-dan daha bir YENİLİK

24 May 2017 17:27

Elnarə Abdullayeva peşman olub: "Nə oldu qudurdun?!"

24 May 2017 17:24

Müharibələrin 10 ən qorxunc tablosu - FOTOLAR

24 May 2017 17:23

Ərəbcə danışan şəxs Atatürkün heykəlinə balta ilə hücum çəkdi

24 May 2017 17:22

Natiq Əliyevdən neftin qiyməti ilə bağlı AÇIQLAMA

24 May 2017 17:22

“Cəlal baba”nın həyat yoldaşı sevgilisi ilə

24 May 2017 17:21

Dahi bəstəkarların heyrətamiz həyat hekayələri – FOTOLAR

24 May 2017 17:18

​Kino çox vacibdir, cənablar!

24 May 2017 17:18

Azerbaijan Fashion Awards mükafatladırılma mərasimi keçiriləcək

24 May 2017 17:17

Messinin 21 aylıq həbs cəzası qüvvədə qaldı - SON DURUM

24 May 2017 17:17

Sabaha olan məzənnə AÇIQLANDI

24 May 2017 17:16

Siyasi ekspert: Əldə edilən uğur və qələbələrimiz növbəti zəfərlərə doğru açılan tramplinlərdir

24 May 2017 17:15

Papa ilə Melaniyanın dialoqu: "Trampa yeməyə nə verirsən?" - VİDEO

24 May 2017 17:13

İncəsənət xadimlərinə 776 min manat verilib

24 May 2017 17:12

Manatın sabaha MƏZƏNNƏSİ

24 May 2017 17:12

OPEC Vyana anlaşmasını 9 ay uzadılmasını təklif edir

24 May 2017 17:12

Zaman Fuad Poladovu belə dəyişdi - FOTO

24 May 2017 17:12

Bakı bulvarında faciə: dənizdən çıxarıb dəlixanaya apardılar

24 May 2017 17:09

Mayın 25-nə manatın məzənnəsi

24 May 2017 17:08

Mançesterin mərkəzində yaşayış kompleksindəki insanlar təxliyyə olunurlar

24 May 2017 17:07

"Ayrılmaq çox çətin olacaq"

24 May 2017 17:05

"Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyi tam ədalətlidir" - Kuznetsov - VİDEO - FOTO

24 May 2017 17:05

Evlilik verilişində ƏLBƏYAXA DAVA - GÖRÜNTÜLƏR İLK DƏFƏ YAYILDI

24 May 2017 17:04

Avropa ölkələri belə ələ keçirilir: Merkeldən SON HƏMLƏ

24 May 2017 17:03

Lionel Messi 1 il 9 ay müddətinə həbs edildi

24 May 2017 17:03