"Hər şeyi sıfırdan başladım" - FOTO

"Hər şeyi sıfırdan başladım" - FOTO
21:57 16 Noyabr 2016
306 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyəyə köçüb, fəaliyyətini orada davam etdirən Roza İbadova Kocamaz: "Bu da mənim sınağımdır" 

Hər bir aktyor-aktrisanın Azərbaycan teatrı tarixində öz yeri var. Onların hər biri öz oyun tərzi və manerası ilə seçilir. Bu gün gənc aktrisa Roza İbadova Kocamaz da yeri görünənlərdəndir. Uzun müddət biz onun çıxışlarını Gənc Tamaşaçılar Teatrında görürdük. Balaca siçan, Oliver, şagird, Fatma, rəqs ifaçısı, Xədicə, Buratino, Gülçöhrə, Firuzə, Semira, Mələk kimi obrazların mahir ifaçısı idi. Nə qədər dramatik, komedik obrazlarda çıxış etsə də, balaca uşaqlar onu daha çox sevirdi. Bəlkə də Sapce televiziyasında apardığı "Mən böyümüşəm", İctimai Televiziyada canlandırdığı və yeganə aparıcısı olduğu "Hoqqabaz" obrazından irəli gəlirdi bu sevgi. Roza "Qız yükü" serialında, İran Günbatan televiziyasında yayımlanan "Tacirlər" serilında da obrazlar canlandırıb.
 
Ailə qurduqdan sonra Roza İbadova ölkəni və səhnəni tərk etdi. Bir daha ondan heç bir xəbər almadıq. Səsini Türkiyədə böyük tarixi olan Han Teatrından eşitdikdə isə çox sevindik. Sevilən aktrisamızın halını xəbər almaqla, onun Türkiyədəki fəaliyyəti ilə maraqlandıq. O, bizimlə söhbətində valideynləri, sənət dostları üçün çox darıxdığını bildirdi. 
 
- Roza xanım, sizi səhnədə, efirdə, filmlərdə görməyə alışmışdıq. Bizimlə hər dəfə söhbət etdikdə, hələ ailə qurmaq istəmədiyiniz və bu barədə heç düşünmədiyinizi deyirdiniz. Ancaq birdən...

- Əslində ailə qurmaq, sənətimi başqa ölkədə davam etdirmək kimi bir niyyətim yox di. Bu da bir alın yazısıdır, qismətdir. Qismətim bu imiş. 2015-ci ilin oktyabrında ailə həyatı qurdum. Həyat yoldaşım Türkiyə vətəndaşıdır. O, Bakıda çalışdığı zaman bir gün televiziyanı açır və İctimai Televiziyada aparıcılıq etdiyim "Hoqqabaz" verilişini izləyir. Yoldaşım məni məhz bu verilişdə görüb və bəyənib. Dediyinə görə, elə ilk baxışdan mənə vurulub. Belə qərara gəlib ki, məni tapsın və sevgisini bildirsin. Uzun sürən axtarışlarından sonra öyrənir ki, mən Gənc Tamaşaçılar Teatrında çalışıram. Repertuarda yer alan bütün tamaşalarımı izləyir və fikrini qətiləşdirir. Müəyyən zaman çərçivəsində biz tanış olduq. Onun da mənim ruh dünyama yaxın olduğunu, mənə qarşı fikrinin ciddi olduğunu gördüm və təklifini qəbul etdim. Və beləliklə, biz ailə qurduq. Toyumuz həm Bakıda, həm də İstanbulda baş tutdu. Hər ikimizin işi Bakı ilə əlaqəli olduğu üçün ailə qurduqdan sonra Bakıya qayıtdıq. Bu ilin mart ayında yoldaşımın Bakıdakı işləri bitdi. Biz İzmirə dönməyə qərar verdik. Bu bizim üçün çox çətin qərar oldu. Ailəmi, dostlarımı tərk etmək mənim üçün çətin idi. Bundan başqa, 6 ildən artıq çalışdığım teatrı, həmkarlarımı tərk etmək mənə heç də asan başa gəlmədi. Bilirsiniz ki, vətənimi sevirəm və ona bağlı bir insanam. Ancaq bütün bunları gözə aldım və həyat yoldaşımın yanında oldum. 
 
- İzmirə gəldikdən sonra necə, oraya öyrəşə bildinizmi?

- İlk başda hər şey çətin gəlirdi. Uzun müddət xiffət xəstəlikdən qurtula bilmirdim və bununla mübarizə aparırdım.  
 
- Necə?

- Yemək yeyə bilmirdim, davamlı olaraq ağlayırdım. Ancaq indi düşünürəm ki, buraya gələndən sonra yenidən dünyaya gəlmişəm. Həyat mənim üçün tamamilə fərqli görünür.  Hər şeyi  sıfırdan  başladım.  Belə ki, bütün ətrafımı, çevrəmi yenidən genişləndirmək, özünə iş qurmaq məqsədini qarşıma qoydum. Məqsədimin öhdəsindən gəlməkdə yoldaşımın ailəsi mənə çox dəstək oldu. Bunun üçün Kocamazlar ailəsinə təşəkkürümü bildirirəm. İndi artıq hər şey yavaş-yavaş yoluna düşür. 
 
- Sizi məşhurlaşdıran, maraqlı obrazlarınızla yaddaşlarda həkk olunduğunuz Gənc Tamaşaçılar Teatrı ilə əlaqəniz varmı? O teatrın səhnəsində canlandırdığınız obrazlar üçün darıxırsınızmı?

- Çox... (susur) Darıxıram. Gənc Tamaşaçılar Teatrı mənim ikinci evim idi. Günümün çoxu orada keçirdi. Mənim üçün teatrın kollektivi çox doğmadır. Onlarla maraqlı günlərimiz olub. Birlikdə sevinib, birlikdə kədərlənmişik. Uğurlarımız da çox olub, uğursuzluqlarımız da. Deyərdim ki, o teatr mənim üçün böyük bir məktəb oldu. Mən özümü xoşbəxt hesab edirəm ki, belə bir teatrın məzunu olmuşam.  Demək olar ki, Gənc Tamaşaçılar Teatrının repertuarında özünəməxsus yerim var idi. Ən çox da Buratino rolum üçün darıxıram... (yenə susur) Bütün rollarımı, tamaşaçılarımı sevirdim. Səhnəyə çıxmaq, tamaşaçı alqışı nəyə desən dəyərdi. Orada çalışdığım illər ərzində qazandığım teatrdakı dostlarım üçün, səhnəni paylaşdığım sənətkarlar üçün çox darıxıram. Səhnə həyatımda orada çalışan bütün rejissorların zəhməti olub. Belə ki, xalq artisti Cənnət Səlimovanın, Vaqif Əsədovun, əməkdar artist Nicat Kazımovun və teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovun əziyyətini heç zaman unutmaram. Buradan onların hər birinə təşəkkürümü bildirirəm. Nə yaxşı ki, Azərbaycan incəsənətində belə insanlar var. Bundan əlavə, istedadlı gənclərə sahib çıxıb, onlara mənəvi dəstək olan teatrın direktoru, əməkdar artist Mübariz Həmidova xüsusi təşəkkürlərimi bildirirəm. 
 
- Sizi daha yaxından tanıdığım üçün əminliklə deyə bilərəm ki, valideynlərinizə çox bağlı birisiniz. Qürbətdə yəqin ki, onlar üçün də darıxırsınız...

- Məni yaralı yerimdən vurmayın. Düşünürəm ki, ən böyük qürbət atanın, ananın yanında olmamağıdır. Toyumdan iki həftə sonra atam çox ağır əməliyyat keçirdi. Atam əməliyyat olunan gün artıq böyüdüyümü hiss etdim. Gəzləmədiyimiz bir xəstəlik qapımızı döymüşdü. Atamın xərçəng xəstəliyindən əziyyət çəkdiyi xəbərini eşidəndə, sanki dünya üstümə çökdü. Atam hər zaman mənim etmək istədiklərimə və qərarlarıma dəstək olub. Öz tənqidi fikirlərini də əsirgəməyib. Çox zaman fikirlərimiz bir-birinə zidd olurdu, amma hər qərarımda içimdə atam mənim yanımdadır deyə düşünürdüm və ona güvənirdim. Xəstəxanada bir gündə 26 ildə valideynlərimlə yaşadığım hər şeyi xatırladım. Çox sarsıldıq, çox... Təkcə mən deyil, anam, bacım, qardaşım. Üzümüz gülürdü, ancaq gözlərimiz onun əksini deyirdi. Bu bizdən asılı deyildi. Şükür etməyə başladıq, atamın əməliyyatı uğurlu keçdi. Özümüzü tam toparlamağa çalışırdıq ki, anam tərəf qohumların bəzilərindən bir-birinin ardınca mənəvi, maddi zərbələr almağa başladıq. Amma ailəmiz möhkəm təməllər üzərində qurulduğu üçün onların da öhdəsindən gəldik. İndi təzəlikcə atam yenə əməliyyat olundu, bu dəfə yanında ola bilmədim. Gecə ilə xəstəxanaya aparıldığı üçün İzmirdən gələ bilmədim. Həyatda nəfəs aldığım ən böyük varlığım anamdır. İndiyə qədər hər şeyimi onunla paylaşmışam. İndi "Skype"la danışa bilirik. Bəzən evdə, ya yolda yadıma düşür, nəfəsim az qalır kəsilsin. Qürbətdə valideynlərim üçün çox darıxıram. Allah belə yazmış həyatımızı. Yəqin ki, bu da mənim sınağımdır. Hər duamda Allahdan onlara can sağlığı diləyirəm. İndi ən böyük arzum budur. 
 
- Türkiyədə çalışdığınız teatrla necə əlaqə qurdunuz? Sizi necə qəbul etdilər?

- Həyat yoldaşım Kartal Cihan Kocamazla İzmirdə fəaliyyət göstərən bütün teatrlara baş vurmağa başladıq. Bir neçə fərqli işlərdə çalışmaq şansım vardı, amma yoldaşım teatrı nə qədər sevdiyimi bildiyi üçün məhz teatrda çalışmağımı istədi. Müxtəlif teatrlara müraciət etdik və fərqli cavablar aldıq. Bəzi teatrlarda bizim istədiklərimiz yox idi, bəziləri isə ümumiyyətlə başqa ölkədən gələn aktrisalara ehtiyacları olmadığını söylədilər. Və bir gün axsam tərəfi internet vasitəsilə 10 ildən artıq İzmirdə fəaliyyət göstərən, köhnə türk sinemalarının tanınmış aktyoru Ünal Gürelin adını daşıyan Han Teatrına müraciət etdik. Səhəri gün həmin teatra getdik. Elə içəri daxil olmuşduq ki, kompyuterin arxasında oturan bir bəy bizimlə salamlaşdı və "Roza İbadova" deyə gülümsədi. Bu insan Ünal Gürelin oğlu Ruchan Gürel idi. Bizi böyük sevgi və hörmətlə qarşıladı. Və teatrına dəvət etdi. Beləliklə, sentyabr ayından Han Teatrında ilk məşqlərim başladı.
 
- Yəqin ki, Türkiyə teatrında, onların dilində tamaşa oynamaq sizə çox çətin olub.

- Əlbəttə. Türkcə səhnədə oynamaq çətin idi, amma özümə çox yaxşı dostlar tapdım. Teatrda uzun illərdir çalışan Emel Bala mənə mənəvi dəstək oldu, beləcə də digər aktyor-aktrisalar. Oktyabr ayının 28-29-da "KAK" (Kadınları Anlama Kursu" adlı komediya) adlı ilk premyeramızı oynadıq. Gözlədiyimizdən də yüksək səviyyədə qarşılandıq. Çox həyəcanlı idim. İlk dəfə idi Türkiyə səhnəsində oynayacaqdım. Həyəcan, kədər, sevinc - bir çox hisslərim bir-birinə qarışmışdı. Amma bacardım. Bunun da öhdəsindən gəldim. Premyeramızdan sonra tamaşa haqqında qəzetlər yazdı. Və noyabr aynda bu tamasanı 4 dəfə yenə oynayacağıq.
 
- Türkiyədəki teatr aləmi ilə bizimki arasında nə kimi fərqlər var?

- Teatr, səhnə hər yerdə eynidir. Fərq teatrda yaşanan ruhda, ab-havadadır. Bizdə də teatrın öz qayda-qanunları var. Burda da hər kəsin qarşıya qoyduğu bir məqsəd var və onun uğrunda çalışır: tamasanı mükəmməl təhvil vermək. Bu qayda bizdə də belədir. Çox çətinliklə alışıram buraya. Belə ki, burada məşq vaxtları çox zaman axşamlar başlayır. Bizdə isə hər zaman əksinə olurdu. Bizdə daha sərtdir, səhnəyə olan münasibət. Çox zaman tamaşa hazır olmadan səhnəyə çıxmırdıq. Amma burda səhnədə qurulur hər şey. Komediya janrına daha çox üstünlük verilir. Başqa fərqləndirəcək heç nə yoxdur. Ən böyük fərq mənim üçün türk dilində səhnədə tamaşa oynamaqdır. 
 
- Bir aktrisa olaraq özünüzü türk tamaşaçılarına təqdim edə bilirsinizmi?

- Bunun üçün bizə zaman lazımdır. İlk premyeramızdan sonra sosial şəbəkələrdə bir çox insanlardan tamaşadakı rolum ilə əlaqədar çox fərqli fikirlər aldım. İnsanlar üçün də maraqlı olub, başqa ölkədən gələn aktrisanın oyunu. Məncə, sevgilərini qazana bilirəm. Zamanla hər şey daha da gözəl olacaq, inşallah.
 
- Bakıda olarkən qısametrajlı "Shanghai, Baku" filminə çəkilmişdiniz və o film bir çox festivallarda iştirak etdi. Hazırda o filmin növbəti festivalı gözlənilir deyəsən.

- Bəli. 10-18 noyabr tarixlərində İstanbulda Beynəlxalq Boğaziçi film festivalı keçiriləcək. Qısametrajlı filmlərin finalçıları festivalda olacaq. 10 ölkə iştirak edəcək. Onlardan biri də bizim ölkəmizdir. Teymur Hacıyevin filmidir. Rollarda mən, Rasim Cəfər, Qurban İsmayılov, Mövsüm və başqaları çəkilib. Bu film 15-ə yaxın festivalın iştirakçısı olub. İnşallah, İstanbulda da layiqincə iştirak edəcəyimizi düşünürəm.
 
- Oradan baxanda vətən necə görünür? İnsan qürbətdə olanda hətta sevmədiyi insanlardan ötrü də darıxır, deyirlər.

- Qürbətdə insan ona pislik edən insanları belə bağışlayır. Çox qəribədir, kəlmələrlə anlatmaq mümkün olmayan bir hissdir. Uzaqdan sevdiklərinin şad xəbərini eşidib çox sevinirsən. Sanki sənin uğurundur. Bu yaxınlarda Rasim Cəfərin əməkdar artist adını almağı, Vahid Orucoğlunun ata olacağı xəbəri, aktrisa Günel Məmmədovanın nişanlandığı, Eşqinin Rusiyada uğurları, İlham Əsədovun Kalmıkiyanın əməkdar artisti adını alması, Nigar Bahadirqızının İstanbulda teatrların birində işə başlaması xəbəri məni çox sevindirdi. Buradan Kalmıkiyada mükafata layiq görülən bütün həmkarlarımı təbrik edirəm. Çox sevdiyim dostlarım üçün çox darıxıram. Hamımız bu həyatda müvəqqətiyik. Gəlirik, missiyamızı yerini yetirib, geri dönürük. Allaha qovuşuruq. Bizdə bu dünyada qürbətdəyik. Hamımız...

Kaspi.az







RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

"İspaniya çempionatında sürpriz nəticələr olacaq"

26 Aprel 2017 23:47

Bu evə 120 milyon dollar verdilər - FOTO

26 Aprel 2017 23:47

Bu da oldu - 700 illik mağaradan lüks ev - FOTO

26 Aprel 2017 23:42

Moda dünyasında böyük dəyişiklik - 13.2 milyard dollar ödənildi

26 Aprel 2017 23:42

Liviya Avropa İttifaqından yardım istəyir

26 Aprel 2017 23:38

"Konteyə dedim ki..."

26 Aprel 2017 23:37

Hər gün tərxun yeyin! - 7 SƏBƏB

26 Aprel 2017 23:32

Şöhrətləri ilə bərabər gözəllikləri də artan ulduzlar - FOTO

26 Aprel 2017 23:32

Tailandda qasırğa xəbərdarlığı verilib

26 Aprel 2017 23:27

Cennifer sevgilisi ilə - FOTO

26 Aprel 2017 23:27

"Barselona" "Osasuna"nı darmadağın etdi -

26 Aprel 2017 23:25

Ərini elə qucaqladı ki... - FOTO

26 Aprel 2017 23:22

"Xavi mənim düşmənimdir"

26 Aprel 2017 23:22

Makronun sevgi macərası - FOTOLAR

26 Aprel 2017 23:18

İki uşağının atası ilə 8 il sonra ailə qurdu - FOTO

26 Aprel 2017 23:17

DÇ-2018-də bu yenilikdən istifadə ediləcək

26 Aprel 2017 23:14

Mariya Şarapova cəzadan sonra ilk oyunundan qalib ayrılıb

26 Aprel 2017 23:12

FİFA prezidenti: "DÇ-2018-də video hakim funksiyasından istifadə olunacaq"

26 Aprel 2017 23:12

İranın Pakistanla sərhəd bölgəsində silahlı insident: 10 sərhədçi ölüb, 3-ü yaralanıb

26 Aprel 2017 23:05

Nəfəsalma sisteminizin yaşını təyin edin - TEST

26 Aprel 2017 23:05

Ledi Qaqanı bir də belə görün - FOTO

26 Aprel 2017 23:05

Lənkəranda qəza:1 ölü, 2 yaralı

26 Aprel 2017 22:59

"Təsəvvür etməzsiniz, PSG "Barselona"dan 6-cı qolu buraxanda necə qışqırmışdım"

26 Aprel 2017 22:58

Moskvada Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının növbəti iclası keçirildi

26 Aprel 2017 22:58

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasiminin əsas məşqi keçirilib - FOTOREPORTAJ

26 Aprel 2017 22:57

Təcrübəli mütəxəssis Hollandiya millisində işləməkdən imtina edib

26 Aprel 2017 22:57

Qaraciyəri XƏRÇƏNGDƏN qoruya biləcək 4 QİDA

26 Aprel 2017 22:57

Türkiyənin Silahlı Qüvvələri 19 PKK terrorçusunu zərərsizləşdirib

26 Aprel 2017 22:52

Pakistan sərhədində silahlı hücum:

26 Aprel 2017 22:50

Qocalmaqdan qorxmayan Monika Belluççidən yarıçılpaq fotosessiya

26 Aprel 2017 22:47

Azərbaycanda velosipedçinin ölümü ilə nəticələnən yol qəzası baş verib

26 Aprel 2017 22:42

Fanatlarına görə bunu da edəcək - FOTO

26 Aprel 2017 22:42

Astarada ölümlə nəticələnən qəza - FOTO

26 Aprel 2017 22:38

Avropada EPİDEMİYA: bu 14 ölkədən uzaq durun - SİYAHI

26 Aprel 2017 22:37

Azərbaycanda kütləvi dava olub, iki nəfər bıçaqlanıb

26 Aprel 2017 22:37

Hadisə hicab bağladı - FOTO

26 Aprel 2017 22:37

Astarada maşın velosipedçini vurub öldürdü

26 Aprel 2017 22:29

“Qarabağ”ın hücumçusu ən yaxşı legioner seçildi

26 Aprel 2017 22:28

Teymur Rəcəbov:

26 Aprel 2017 22:27

Demet Akalın və Hande Yener barışır - "Onu sevirəm"

26 Aprel 2017 22:22

Məşhur gözəli görənlər tanıya bilmədi - FOTO

26 Aprel 2017 22:22

"Oskar"lı rejissor vəfat etdi

26 Aprel 2017 22:22

Gəncədə kütləvi dava: 2 nəfər bıçaqlandı

26 Aprel 2017 22:19

Türkiyə PKK-nın obyektlərini bombaladı

26 Aprel 2017 22:13

Azərbaycanda köhnə avtomobillər istifadədən yığışdırıla bilər - TƏKLİF

26 Aprel 2017 22:12

Bakıda yanğın olub

26 Aprel 2017 22:12

Türkiyə HHQ-i İraqda PKK obyektlərinə zərbə endiriblər

26 Aprel 2017 22:12

ABŞ qitələrarası balestiki raketi sınaqdan keçirdi

26 Aprel 2017 22:07

Azərbaycanlı aktrisa: "Əgər mənə yaraşırsa, niyə də açıq-saçıq libaslar geyinməyim?" - FOTO

26 Aprel 2017 22:05

Şampuna bunu əlavə edin - Saçları gücləndirir

26 Aprel 2017 22:05