Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Səudiyyə Ərəbistanı qaz istehsalını iki dəfə artırmaq niyyətindədir

Səudiyyə Ərəbistanı qaz istehsalını iki dəfə artırmaq niyyətindədir

Date: 16 November 2016 21:57

Bakı. 16 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı xalis energetikaya yatırılan investisiyanı, həmçinin təbii qaz istehsalını iki dəfə artırmağı planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə ölkənin energetika, sənaye və mineral ehtiyatlar naziri Xalid əl-Falih BMT-nin Mərakeşdə keçirilən Ümumdünya İqlim Konfransında çıxışı zamanı bildirib.
"Biz "xalis enerji"nin bütün növlərində investisiyaları artırmağı və bu sahədə tədqiqat aparmağı planlaşdırırıq. Biz təbii qaz istehsalını iki dəfə artırmağa hazırlaşırıq, o cümlədən elektrik enerjisi istehsalında neftə az bel bağlayacağıq, əsasən təbii qaz, atom enerjisi və imkan daxilində bərpa olunan enerji ehtiyatlarından istifadə edəcəyik", - deyə o bildirib.


Tags:  Səudiyyə Ərəbistanı qaz istehsalını iki dəfə artırmaq niyyətindədir

RƏYLƏR


Top news