“Bu, əksər komandalarda belədi” - Rəşad Sadiqov

“Bu, əksər komandalarda belədi” -   Rəşad Sadiqov
22:57 16 Noyabr 2016
53 İdman
Ölkə mətbuatı
A- A+

“Fasilə dövründə qarşıdakı oyunlara yaxşı hazırlaşmışıq. Fasilədən maksimum yararlandığımızı söyləmək olar. Bu, komanda üçün də vacib idi. Yüksək səviyyədə məşqlər keçib, növbəti görüşlərə tam hazır vəziyyətə gəldik. Düzdür, milli komandalara cəlb olunan futbolçular bütün hazırlıq prosesində iştirak etmədi. Lakin bu, əksər komandalarda belədir və normal qarşılanmalıdır. Artıq onlar da komandanın düşərgəsindədilər”. Fanat.Az xəbər verir ki, bu sözləri Rəşad Sadiqov deyib.

 

“Qəbələ” Topaz Premyer Liqasının XII turunun “Zirə” ilə ev oyununun hazırlıqlarını doğma stadionda davam etdirir. “Qırmızı-qaralar”ın kapitanı Rəşad Sadiqov milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründəki hazırlığı klubun rəsmi saytına açıqlamasında dəyərləndirib.

 

33 yaşlı yarımmüdafiəçi qarşıdakı görüş haqda da fikirlərini bölüşüb: “Zirə” ilə bu həftə keçiriləcək qarşılaşmaya tam hazırıq. Yalnız matça tam konsentrasiya olub, meydana çıxmaq qalıb. Qarşıdakı görüşdə 3 xala iddialıyıq. Cari mövsüm bu rəqiblə bir dəfə qarşılaşmışıq. Rəqib döyüşkən, futbol oynamağı bacaran komandadır. Ötən mövsümü mükafatçılar sırasında bitirmələri də onların gücünü göstərir. Bütün bacarığımızı meydanda qoyub, qalib gəlməyə çalışacağıq. Düşünürəm ki, bütün futbolçular potensiallarını tam ortaya qoysa, istəyimizə çatacağıq”.

 

Hazırda Topaz Premyer Liqasının turnir cədvəlində lider olan “Qəbələ” fasiləyə qış çempionu kimi yollanmağa yaxındır. Sadiqov bildirib ki, komanda həm ili, həm də mövsümü indiki mövqeyində bitirmək niyyətindədir: “Hazırda çempionatın lideriyik. Mövqeyimizi qorumaq üçün mübarizə aparırıq. Əlimizdən gələni edəcəyik ki, ilin sonunadək də ilk pillədə qalaq. Cari mövsümdə hədəfimiz qızıl medallardır. Çempionluğa iddialı olduğumuzdan hər görüşə maksimum nəticə üçün çıxırıq”.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-bu-ksr-komandalarda-beldi-t54204.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR