Braziliyada nümayişçilər parlamentin iclas zalına daxil olublar

Braziliyada nümayişçilər parlamentin iclas zalına daxil olublar
22:57 16 Noyabr 2016
64 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ Braziliyada hökumət əleyhinə çıxış edən təqribən 60 nəfərdən ibarət nümayişçi Parlamentin Aşağı Palatasının iclas zalına daxil olub.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, nümayişçilər Deputatlar Palatasının iclas zalını tutublar.
Nəticədə etirazçılarla onları binadan çıxarmağa çalışan mühafizəçilər arasında münaqişə yaşanıb.
Nümayişçilərin məhz nə tələb irəli sürdükləri aydın deyil. Onlardan bəziləri prezident Mişel Temerin sağ-mərkəzçi hökumətinin həyata keçirməyi planlaşdırdığı özəlləşdirməyə qarşı şüarlar səsləndiriblər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/braziliyada-numayisciler-parlamentin-iclas-zalina-daxil-olublar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR