"Heç yerdə deməmişəm ki, deputatın maaşı azdır, artırmaq lazımdır və..."

"Heç yerdə deməmişəm ki, deputatın maaşı azdır, artırmaq lazımdır və..."
22:57 16 Noyabr 2016
142 Ölkə
Ölkə mətbuatı
A- A+

"Haqqımda yayılan xəbərlər həqiqəti əks etdirmir. Heç yerdə deməmişəm ki, deputatın əmək haqqı azdır, artırmaq lazımdır və daha nələr nələr..."

Milli.Az bildirir ki, bu sözləri modern.az-a açıqlamasında deputat Vahid Əhmədov deyib.
Qeyd edək ki, bir qədər əvvəl sosial şəbəkələrdə və bəzi xəbər saytlarında belə bir informasiya yayılıb ki, guya, Vahid Əhmədov deputatların maaşının azlığından şikayətlənərək, 2 min 200 manatla hazırkı vəziyyətdə dolanmağın çətin olduğunu deyib. 

Vahid Əhmədov  bu cür xəbərlərin necə yayılmasından xəbərsiz olduğunu bildirib.
"Haqqımda bu cür yanlış informasiya yazanlar barədə ölçü götürəcəm. Amma konkret deyə bilmərəm ki, bu cür xəbərlər kimdən və nədən qaynaqlanır. Araşdıraq görək kim bizdən nə istəyir?!".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490172.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR