Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bred Pitt məşhur aktrisa ilə sevgi yaşayır

Bred Pitt məşhur aktrisa ilə sevgi yaşayır

Date: 16 November 2016 23:01

"Bred Pitt bir neçə müddətdir ki, məşhur aktrisa ilə sevgi münasibətindədir".

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bunu aktyora yaxın mənbə "Grazia" jurnalına açıqlama verənkən söyləyib. Onun sözlərinə görə, əvvəllər Bred Ancelina ilə ayrılığa təəssüflənsə də, amma indi tək qalmaq istəyir.

"Pitt artıq Coli ilə barışmaq niyyətində deyil. Onun başqa bir məşhur aktrisa ilə sevgi münasibəti var. Mən söz vermişəm ki, həmin aktrisanın adını onların icazəsi olmadan açıqlamayacam. təkcə onu deyə bilərəm ki, hər ikisi bir-birini dəlicəsinə sevir", - deyə mənbə bildirib.

Qeyd edək ki, Ancelina Coli və Bred Pitt 2005-ci ildə ailə qurublar. Onların 6 uşağı var: 3 qız və 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı Ancelina kasıb ölkələrdən övladlığa götürüb.

Bu ilin sentyabrında isə Coli qəflətən boşanma üçün məhkəməyə müraciət edib. Cütlüyün ayrılmasına səbəb kimi Bred Pittin həyat yoldaşına aktrisa Merion Kotiyarla xəyanət etməsi göstərilsə də, sonradan Kotiyar xəbərin yalan olduğunu bildirib.


Tags:  Bred Pitt məşhur aktrisa sevgi yaşayır

RƏYLƏR


Top news