"İstəyirəm prezident toyumuzda şahid olsun"

"İstəyirəm prezident toyumuzda şahid olsun"
23:01 16 Noyabr 2016
244 Şou
Ölkə mətbuatı
A- A+

Aktyor Murad Yıldırım mərakeşli sevgilisi İmanə Elbani ilə toyundan danışıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, toy vaxtının tarixini hələ dəqiqləşdirmədiklərini deyən Murad şahid qismində prezident Rəcəb Tayyip Ərdoğanın mərasimdə olmasını dilə gətirib.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl ölkə rəhbəri atyor üçün elçilik edib. Belə ki, prezident xanımı Əminə Ərdoğan ilə “Esenyurd" hava limanında olarkən aktyor və mərakeşli sevgilisi İmanə Elbani ilə qarşılaşıb.

Bu an Muradın sevgilisi atasına görüntülü zəng vurub. Fürsətdən istifadə edən Rəcəb Tayyib Ərdoğan “qız istəmə mərasimi”ni yerinə yetirib və adət-ənənəyə uyğun olaraq İmanəni Murad üçün atasından istəyib.

Prezidentə müsbət cavab verilib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61285

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR