Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Onlar bizi xərçəngdən qoruyur

Onlar bizi xərçəngdən qoruyur

Date: 16 November 2016 23:05

Bağırsaqlarımızda trilyonlarala bakterilər yaşayır. Elmdə onların yalnız 10% araşdırılıb, digərləri mikrobioloqlar üçün sirr olaraq qalır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, Texas Universiteti (ABŞ) alimləri araşdırmalar zamanı insan orqanizmində yaşayan və orqanizmə güclü xərçəngəleyhinə təsir edən bakterilər aşkar ediblər.

Ruminococcus bakteriləri bağırsaqlarda yaşayır və burada əmələ gələn xərçəng hüceyrələrini məhv edir. Alimlər gələcəkdə Ruminococcus bakterilərinin bu təsirini xərçəngin müalicəsi və profilaktikasında istifadə etməyi planlaşdırır.
Ümumiyyətlə bağırsaqların mikroflorası insanın sağlamlığında çox böyük rol oynayır. Xüsusilə bu immun sisteminin fəaliyyətinə aiddir. Sağlam, normal bağırsaq mikroflorası sağlamlığımızın əsas təməllərindən biridir.

Milli.Az


Tags:  Onlar bizi xərçəngdən qoruyur

RƏYLƏR


Top news