Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Poroşenko və Bayden arasında telefon danışığı olub

Poroşenko və Bayden arasında telefon danışığı olub

SON DƏQİQƏ: Hollandiya və Türkiyə baş nazirləri arasında telefon danışığı oldu (12 Mart 2017 12:58)
Rusiyadan Türkiyəyə XOŞ XƏBƏR (09 Mart 2017 20:17)
Medvedev Yıldırımla telefonla danışdı (09 Mart 2017 20:14)

Tarix: 16 Noyabr 2016 23:22

Ukrayna prezidenti Pyotr Poroşenko və ABŞ-ın vitse-prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir.

Söhbət zamanı Donbasdakı vəziyyət müzakirə edilib.
 
"Poroşenko və Bayden Minsk razılaşmalarının tam şəkildə yerinə yetirilməsinin vacibliyini, Rusiyaya qarşı sanksiyaların uzadılmasının vacibliyini vurğulayıblar. Tərəflər Ukraynanın suverenliyinin, ərazi bütövlüyünün bərpası və münaqişənin sülh yolu ilə həllindən başqa alternativin olmadığını bir daha təsdiqləyiblər ", məlumatda bildirilir.
 
Söhbət zamanı tərəflər həmçinin Ukraynada həyata keçirilən islahatlara toxunublar.

Milli.Az


Teqlər:  Poroşenko Bayden arasında telefon danışığı olub



RƏYLƏR


Top xəbərlər