Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Kolumbiyada polis yük maşını partladılıb, 19 nəfər yaralanıb

Kolumbiyada polis yük maşını partladılıb, 19 nəfər yaralanıb

ABŞ-da silahlı insident - 4 yaralı (27 Mart 2017 03:13)
Londondakı teraktda 3 polis əməkdaşı yaralanıb (22 Mart 2017 21:48)
Londonda hücum zamanı 3 polis əməkdaşı yaralanıb (22 Mart 2017 21:42)

Tarix: 17 Noyabr 2016 00:02

Bakı. 16 noyabr. REPORT.AZ/ Kolumbiyada polisə məxsus yük maşınının partladılması nəticəsində ən azı 19 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə çərşənbə günü Kukuta şəhərinin polis komandiri Yesid Aranqo məlumat verib.
Meksikanın "Excelsior" nəşri yazır ki, yaralananlardan 17 nəfəri polis, iki nəfəri isə mülki şəxsdir. Son məlumatlara görə, yaralıların həyatı üçün heç bir təhlükə yoxdur, onlar hospitala yerləşdiriliblər.
Aranqo qeyd edib ki, hücumda Kolumbiya Milli Azadlıq Ordusu (MAO) üsyançılarının əlinin olduğunu istisna etmək olmaz.
Hökumət partlayışda iştirak edənlər barədə məlumat verənə 16 min ABŞ dolları mükafat vəd edib.

Teqlər:  Kolumbiyada polis yük maşını partladılıb 19 nəfər yaralanıb



RƏYLƏR


Top xəbərlər