Ueyn Runi üzr istədi

Ueyn Runi üzr istədi
01:19 17 Noyabr 2016
61 Digər
Ölkə mətbuatı
A- A+

“Mançester Yunayted”in və İngiltərə millisinin hücumçusu Ueyn Runi içkili vəziyyətdə şəkilləri yayıldığı üçün üzr istəyib. Apapsort.az saytının “SKY Sports”a istinadən məlumatına görə, millinin düşərgəsində olarkən istirahət günündən istifadə edən futbolçu səhərə qədər barda içki içmiş və qadınlarla əylənmişdi.

 

Bu səbəbdən millinin düşərgəsindən uzaqlaşdırılan oyunçu hərəkətinə görə həm komandanın baş məşqçisi Sautqeytdən, həm də azarkeşlərdən üzr istəyib. O, istirahət günü olsa belə, belə hərəkətlərə yol verməməli olduğunu bildirib.

 

Təcrübəli hücumçu həm də millinin gənc azarkeşlərindən üzrxahlıq edib.

 

Qeyd edək ki, Runinin bu fotolarını “The Sun” nəşri aşkara çıxarmışdı.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259693

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR