Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xamenei: "İran üçün ABŞ-da kimin prezident seçilməsinin heç bir əhəmiyyəti yoxdur"

Xamenei: "İran üçün ABŞ-da kimin prezident seçilməsinin heç bir əhəmiyyəti yoxdur"

Date: 17 November 2016 01:57

Bakı. 17 noyabr. REPORT.AZ/ "İran üçün Birləşmiş Ştatlarda kimin prezident seçilməsinin heç bir əhəmiyyəti yoxdur".
"Report" xəbər verir ki, bunu İranın ali dini lideri ayətullah Əli Xamnei deyib.
O qeyd edib ki, İran bütün gözlənilən hadisələrə hazırdır.
"Amerikada keçirilən seçkilərin nəticələrinə görə ağlayan və ya onu bayram edən bir çox insanlardan fərqli olaraq, biz nə ağlayırıq, nə də sevinirik, çünki bu nəticələr bizim üçün heç bir əhəmiyyət kəsb etmir və bizim bununla bağlı heç bir qayğımız yoxdur, lakin Allahın izni ilə hər bir hadisəyə hazırıq", - deyə ayətullah bildirib.
Xameneinin bu bəyanatı ABŞ-ın yeni seçilmiş rəhbəri Donald Trampın öz prezidentlik kampaniyası zamanı İranla nüvə sazişinin yenidən nəzərdən keçirilməsinin zəruriliyi barədə söylədiklərinin ardınca səsləndirilib.


Tags:  Xamenei İran ABŞ-da kimin prezident seçilməsinin heç əhəmiyyəti yoxdur


RƏYLƏR


Top news