İrəvanda "Şərq tərəfdaşlığı" ölkələrinin XİN başçılarının qeyri-rəsmi görüşü keçiriləcək

İrəvanda "Şərq tərəfdaşlığı" ölkələrinin XİN başçılarının qeyri-rəsmi görüşü keçiriləcək
02:37 17 Noyabr 2016
55 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Bu gün İrəvanda Avropa İttifaqının (Aİ) "Şərq tərəfdaşlığı" proqramının iştirakçı ölkələrinin xarici işlər nazirlərinin VIII qeyri-rəsmi görüşü keçiriləcək.
"Report" xəbər verir ki, Ermənistan XİN-in məlumatına görə, görüşdə, həmçinin Aİ-nin genişlənmə və qonşuluq siyasəti məsələləri üzrə komissarı Yohannes Xan və iştirakçı ölkələrin nümayəndələri iştirak edəcəklər.
Görüşün yekununda nümayəndə heyətlərinin rəhbərləri birgə bəyanatla çıxış edəcəklər.
"Şərq tərəfdaşlığı" proqramının məqsədi Aİ ilə Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan, Belarus və Ermənistanın yaxınlaşmasını təmin etməkdir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/i-revanda-serq-terefdasligi-olkelerinin-xi-n-bascilarinin-qeyri-resmi-gorusu-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR