OPEC: “Neft bahalaşacaq”

OPEC: “Neft bahalaşacaq”
04:39 17 Noyabr 2016
121 Digər
Ölkə mətbuatı
A- A+

Ucuz neft dövrü başa çatmaq üzrədir.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo bəyan edib.

 

“Biz son 60 ildə neft qiymətlərinin ən ucuz dövrünün şahidi olduq. Bu dövr hazırda davam etsə də, başa çatmaq üzrədir”, deyə M.Barkindo bildirib. Onun sözlərinə görə, neft hasilatı ilə məşğul olan ölkələrin hamısı qiymətlərin aşağı düşməsinin mənfi təsirini hiss ediblər.

 

Qeyd edək ki, Ötən gün OPEC-in baş katibi Məhəmməd Barkindo Karakasda Venesuela prezidenti Nikolas Maduro ilə görüşüb.

 

Xatırladaq ki, sentyabrın 28-də OPEC-ə üzv ölkələrin Əlcəzairdə keçirilən qeyri-rəsmi görüşündə neft hasilatının həcminin azaldılması barədə ümumi razılıq əldə olunub. Razılaşmaya əsasən, kartelə üzv ölkələr gündəlik neft hasilatını 32,5-33 milyon barrel həcminə salınmasına qərar veriblər. Yekun qərarın isə noyabrın 30-da Vyanada keçiriləcək rəsmi görüşdə veriləcəyi gözlənilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259699

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR