Çində kişi 3 həmkəndlisini qətlə yetirdi, 5-ni yaraladı

Çində kişi 3 həmkəndlisini qətlə yetirdi, 5-ni  yaraladı
05:34 17 Noyabr 2016
76 Digər
Ölkə mətbuatı
A- A+

Çinin Şensi əyalətinin sakini 3 həmkəndlisini bıçaqla qətlə yetirib, 5-ni isə yaralayıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə yerinə gələn polis əməkdaşları hadisə yerində üç nəfərin meyitini aşkarlayıb.

 

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Həmkəndlilərinə hücum edən kişi polis tərəfindən yaxalanıb.  Cinayətin motivi hələlik məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259701

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR