Zəlzələnin vurduğu ziyanın miqdarı açıqlandı

Zəlzələnin vurduğu ziyanın miqdarı açıqlandı
06:44 17 Noyabr 2016
60 Digər
Ölkə mətbuatı
A- A+

Noyabrın 13-dən 14-ə keçən Yeni Zelandiyda baş vermiş güclü zəlzələ ölkəyə 1,5 milyard dollara yaxın ziyan vurub.

 

APA-nın məıumatına görə, bunu Yeni Zelandiyanın baş naziri Con Ki “Newstalk ZB” radiosuna müsahibəsində bəyan edib.

 

“Çox güman ki, dəymiş ziyanın həcmi 2 milyardı keçəcək. Şübhəsiz ki, təbii fəlakət ölkə büdcəsinə mənfi təsir göstərəcək”, deyə Con Ki bildirib.

 

Yeni Zelandiyanın milli seysmoloji mərkəzinin son məlumatına görə, ölkədə baş verən dağıdıcı zəlzələnin maqnitudası 7,8 bal təşkil edib. Bundan əvvəl zəlzələnin 7,5 bal gücündə baş verdiyi bildirilirdi.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259703

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR