Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakı Konqresinin və OANA Baş Assambleyasının iştirakçıları üçün rəsmi qəbul təşkil edilib - FOTO

Bakı Konqresinin və OANA Baş Assambleyasının iştirakçıları üçün rəsmi qəbul təşkil edilib - FOTO

Date: 17 November 2016 07:05

Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) iştirakçıları üçün noyabrın 16-da Gülüstan sarayında rəsmi qəbul təşkil edilib.

Rəsmi qəbulda çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu beynəlxalq tədbirlərin önəmini vurğulayıb.

Prezidentin köməkçisi mötəbər tədbirlərin dünya mediasını düşündürən aktual məsələlərlə bağlı səmərəli müzakirələrlə yadda qalacağına, qonaqların Azərbaycandan zəngin təəssüratlarla qayıdacaqlarına əminliyini ifadə edib.

Bakı Konqresinin və OANA-nın Baş Assambleyasının medianı narahat edən çağırışların həlli yollarının tapılmasında səmərəli platforma olduğunu vurğulayan Əli Həsənov bu beynəlxalq tədbirlərin xəbər agentliklərinin işinə layiqli töhfə verəcəyini söyləyib.

Milli.Az






Tags:  Bakı Konqresinin OANA Baş Assambleyasının iştirakçıları rəsmi qəbul təşkil edilib FOTO


RƏYLƏR


Top news