Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Həzz" tortu

"Həzz" tortu

Date: 17 November 2016 07:05

Milli.Az asan başa gələn gilənarlı tortun hazırlanma qaydasını təqdim edir

Tərkibi

xəmir: 

3 yumurta
150 şəkər tozu
150 q un 

krem: 

250 q 33-35%-li qaymaq
250 q maskarpone
150 q şəkər tozu

dondurulmuş gilənar 

0,5-1 st. gilənar kompotu 
100 q şokolad
 

Yumurtaları şəkər tozu ilə 5-7 dəqiqə mikserlə çalın. 

Unu əlavə edib qarışdırın (duru xəmir alınacaq). 

Yağlanmış formaya tökün. 

180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. 

Korja gilənar kompotu hopdurun. 

Gilənarın donunu açın, dənəsi varsa, çıxarın, korjun üzərinə düzün. 

Krem üçün qaymağı şəkər tozu ilə çalın. Maskarpone qatıb qarışdırın. 

Kremi gilənarın üzərindən bərabər qaydada yayın. 

Şokoladı sürtgəcin xırda gözündən keçirərək tortun üzərinə səpin. 

Soyuducuda 3-4 saat saxlayın. 

Nuş olsun! 

resept: vk.com/academy_main

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 


Tags:  Həzz tortu

RƏYLƏR


Top news