Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Skype servisi Android-də sürətləndi

Skype servisi Android-də sürətləndi

Date: 17 November 2016 07:22

"Microsoft" korporasiyası son vaxtlar "Skype" xidmətinin inkişafına böyük diqqət yetirir. Belə ki, servisin "Android" mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün təqdim edilən növbəti yenilənməsində istifadəçi interfeysi daha da yaxşılaşdırılıb və bir neçə yeni funksiya əlavə olunub.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, əlavədə "dialer" zəng proqramının işə salınması üçün yeni düymə, zənglər pəncərəsində isə tez zəng etmə imkanı yaradılıb. Qrup zənglər zamanı hazırda yalnız danışan abunəçini göstərən işıq yanmağa başlayır ki, bu da baş verənlərdən daha yaxşı xəbərdar olmağa imkan verir.
 
Mütəxəssislərin sözlərinə görə, yenilənmə bir sıra məlum problemlərin, o cümlədən səsli bildirişləri dinləyərkən audionun səsləndirilməsi ilə bağlı problemin həllinə kömək edəcək.
 
Qeyd edək ki, "Skype Insiders Program" proqramının iştirakçısı olmaqla "Skype"ın bütün yeni funksiyalarından ilkin istifadə etmək olar.

Milli.Az


Tags:  Skype servisi Android-də sürətləndi



RƏYLƏR


Top news