"Cisco" şirkətinin "Cisco Global Cloud Index" (2015 - 2020) illik hesabatına görə, "bulud" trafikin həcmi 3.7 dəfə (2015-ci ildə 3.9 zettabaytdan 2020-ci ilə 14.1 zettabaytadək) artacaq.
Milli.Az ICTnews-a istinadən bildirir ki, 2015-2020-ci illərdə məlumat mərkəzi tərəfindən həyata keçirilən biznes məsələlərinin sayı 2.4 dəfədə artacaq, ancaq onların məlumat mərkəzinin ümumi yüklənməsində ümumi payı 79%-dən 72%-dək azalacaq. Eyni dövrdə istehlak məsələlərinin sayı 3.5 dəfə artacaq və 2020-ci ilə məlumat mərkəzində həyata keçirilən məsələlərin 28%-i istehlakçı sektorunun payına düşəcək, 2015-ci ildə bu göstərici 21% təşkil edib.
Bu halda "əşyalar interneti", təhlil və verilənlər bazası proqramları biznes məsələləri arasında artım nümayiş etdirib. İstehlak məsələləri arasında sosial şəbəkələr və video daha sürətli artım nümayiş etdirəcək.
Milli.Az