Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

HP çox güclü mini-kompüter hazırladı

HP çox güclü mini-kompüter hazırladı

Tarix: 17 Noyabr 2016 07:42

"HP" şirkəti "Autodesk University" konfransında "Z2 Mini" adlı kiçikölçülü işçi stansiyasını təqdim edib. İstehsalçının iddiasına görə, yeni qurğu hazırda bazarda mövcud istənilən kommersiya mini-kompüterdən iki dəfə daha güclüdür və 6 ekranla iş rejimini dəstəkləyir. Yeni qurğu layihəçilər, "3D" modelləşdirmə sahəsində peşəkarlar, "DesignCAD 3D Max", "ArchiCAD" istifadəçiləri üçün nəzərdə tutulub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, səkkizbucaqlı qurğunun korpusunun hündürlüyü 5.8 sm-dir. Xüsusi layihələndirilmiş ventilyator və soyuma sistemi sayəsində aparat səssiz işləyir.

Yeni model "Intel Xeon E5" prosessoru, "Nvidia" qrafik kartı və "HP Z Turbo Drive SSD" daşıyıcısı ilə təchiz edilib.

Milli.Az


Teqlər:  çox güclü mini-kompüter hazırladı



RƏYLƏR


Top xəbərlər