Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Elektron kitablar abunəyə veriləcək

Elektron kitablar abunəyə veriləcək

Date: 17 November 2016 08:05

Avropa İttifaqı ölkələrinin kitabxanalarına kitabların elektron versiyalarından istifadə hüququ 2014-cü ildə verilsə də, indiyədək onların belə ədəbiyyatı abunəyə vermək ixtiyarı olmayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bu və ya digər nəşrin elektron nüsxəsi ilə oxucu yalnız yerində - kitabxanada tanış ola bilirdi ki, bu da elektron ədəbiyyatdan istifadənin bütün üstünlüklərindən yararlanmağa imkan vermirdi. Belə ki, elektron kitabdan istifadə prinsipi oxu zalında ümumi iş üsulundan çox fərqlənmirdi.

Bundan sonra istənilən oxucu başqa yerdə lazımi elektron nəşrlərlə işləyə biləcək. Yeni qaydaya görə, kitabxanalar nəşrlərin elektron nüsxələrini abunəçiyə vermək hüququ əldə ediblər. Aİ ölkələrinin bütün kitabxanaları elektron ədəbiyyatın populyarlaşdırılması üçün qanuni hüquqa malik ola bilər.

İstədiyi nəşri abunə hüququndan istifadə edərək götürmək istəyən oxucu onu qurğuya yükləyərək kitabxananın müəyyənləşdirdiyi vaxt ərzində istifadə edə bilər. Bundan başqa, oxucu həmin elektron nüsxənin unikal istifadəçisinə çevrilir. Çünki ondan başqa heç kim bu nüsxədən istifadə edə bilməz. Nəşrdən istifadə müddəti başa çatdıqdan sonra kitab kağız informasiya daşıyıcılarından istifadədə olduğu kimi kitab anbarına təhvil verilmir - kitab sadəcə açılmır və yenidən geniş oxucu kütləsinin ixtiyarına verilir.

Milli.Az


Tags:  Elektron kitablar abunəyə veriləcək


RƏYLƏR


Top news