Hindistan-Pakistan sərhədində atışma: 11 ölü

Hindistan-Pakistan sərhədində atışma: 11 ölü
08:12 17 Noyabr 2016
86 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistan-Pakistan sərhədində baş vermiş atışma nəticəsində 11 hindistanlı hərbçi həlak olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Pakistan ordusu Baş qərargahının rəisi Rahil Şərif bəyan edib.
 
Noyabrın 14-də Kəşmir ştatındakı nəzarət zolağında baş vermiş silahlı insident zamanı 7 pakistanlı hərbçinin həlak olduğu bildirilirdi.
 
Qeyd edək ki,  son günlər Hindistan-Pakistan sərhədində toqquşmaların sayı artmaqdadır. Tərəflər atəşkəsin pozulmasında bir-birilərini ittiham edirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/490191.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR