Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Hillari Klinton seçkilərdə məğlubiyyətdən sonra ilk dəfə çıxış edib

Hillari Klinton seçkilərdə məğlubiyyətdən sonra ilk dəfə çıxış edib

Klinton mumiyanın lənətinə düçar olub? (21 Mart 2017 23:52)
Hillari Klinton Nyu-Yorkun meri ola bilər (16 Mart 2017 08:32)
Tramp: "Seçkilər saxtalaşdırılıb" (26 Fevral 2017 17:53)

Tarix: 17 Noyabr 2016 08:22

Bakı. 17 noyabr. REPORT.AZ/ Hillari Klinton respublikaçı namizəd Donald Trampın qələbəsi ilə nəticələnən prezident seçkilərində məğlubiyyətdən sonra ilk dəfə ictimaiyyət arasında nitq ilə çıxış edib.
"Report" CNN telekanalına istinadən xəbər verir ki, Vaşinqtonda "Uşaqların müdafiə fondu"nun yığıncağında çıxış edən Klinton, adam arasına çıxmağın asan olmadığını etiraf edib.
"Son bir həftə ərzində bir neçə dəfə yaxşı bir kitab ilə və saxladığımız itlərlə qaydaya düşmək və daha heç vaxt evdən bayıra çıxmamaq istəyirdim", - deyə Klinton bildirib.
Lakin ardınca o, məğlubiyyətinin üzərində dayanmayaraq anasının onun həyatına necə təsir etməsindən danışmağa başlayıb.
"Biz övladlarımız, ailəmiz və ölkəmiz üçün çox şeylər etməliyik. Mən sizdən bizimlə qalmağınızı, bütün səviyyələrdə əməkdaşlığımızı davam etdirməyi xahiş edirəm", - deyə o əlavə edib.

Teqlər:  Hillari Klinton seçkilərdə məğlubiyyətdən sonra ilk dəfə çıxış edib



RƏYLƏR


Top xəbərlər