Vaşinqtonda mədəniyyətlərarası dialoqa həsr edilmiş tədbir keçirilib - FOTO

Vaşinqtonda mədəniyyətlərarası dialoqa həsr edilmiş tədbir keçirilib - FOTO
08:32 17 Noyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprel döyüşlərinə həsr edilmiş tədbir keçirildi (08 Aprel 2017 11:41)
Mənsum İbrahimov BMT-nin tribunasında - FOTO (23 Mart 2017 16:47)
"Türkiyə və Rusiya münasibətlərini normallaşdıra biliblər" (22 Mart 2017 07:52)

16 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyində "Sülh və Qarşılıqlı Anlaşma Naminə" adlı tədbir təşkil edilib.

Milli.Az-a bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

Tədbir çərçivəsində ABŞ paytaxtı Vaşinqtonda yerləşən keçmiş və hazırkı ABŞ Konqresi üzvlərinin həyat yoldaşlarından ibarət qeyri-formal qrup, akademik dairə mənsubları və ictimaiyyət nümayəndələri Səfirliyin qonağı olub.

Tədbirdə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov, eləcə də Corctaun Universiteti və Atlantik Şuranın araşdırmaçısı, professor Brenda Şeyfer və Vaşinqtondakı "Müqəddəs Üçlük" kilsəinin pastoru, Müqəddəs Cozef Universitetinin sabiq prezidenti Kevin Cillespi söz söyləyib.

Tədbirdə açılış nitqi səsləndirən, yuxarıda qeyd edilmiş qeyri-formal qrupun təşəbbüskarı Ketrin Smis bu yığıncağın müxtəlif konfessiya mənsubları arasında qarşılıqlı anlayış və tolerantlığın bərqərar olması baxımından önəmli bir addım olduğu və belə təşəbbüslərin ancaq təqdir edilməli olduğu fikrini ifadə edib.

Səfir Elin Süleymanov çıxışında tədbir iştirakçılarına ölkəmizin zəngin tolerantlıq ənənələrinin tarixi barədə məlumat verib. 1918-ci ildə Şərqdə ilk demokratik respublikanın Azərbaycanda təsis edildiyi və ölkəmizdə bir çox dövlətlərdən, hətta ABŞ-dan bir il öncə qadınlara seçki hüququ verildiyi qeyd edilib.

Səfir həmin dönəmdə Azərbaycan dövlətinin inqilabi mütərəqqi yanaşmalar ortaya qoyduğunu və din və etnik mənsubiyyətindən asılı olmayaraq ölkəmizdəki bütün insanlara vətəndaşlıq verdiyini vurğulayıb.

Diplomat bu gün də Azərbaycanın tolerantlıq baxımından nümunəvi bir cəmiyyət qurduğunu, ölkəmizdə bütün konfessiya mənsublarının - xristian, yəhudi, müsəlman və digərlərinin - əmin-amanlıq içərisində həyat sürdüyünü diqqətə çatdırıb. Bununla əlaqədar, Azərbaycanda yəhudi icmasının yüzilliklər boyu sərbəst məskunlaşıb öz etiqadlarını azad yaşadığı vurğulanıb. Azərbaycanda xristian icmasına da fəaliyyət üçün hərtərəfli münbit şəraitin yaradıldığı və ötən ay Roma Papası Frensisin ölkəmizə səfər etdiyi qeyd edilib. 2016-cı ilin Azərbaycanda multikulturalizm ili elan edildiyini diqqətə çatdıran diplomat bir daha Azərbaycan rəhbərliyinin bu uzaqgörən siyasətinin əhəmiyyətinə vurğu edərək, ölkəmizin dünyanın bir çox bölgələrində ekstremist meyl və cərəyanların gücləndiyi bir zamanda müsbət nümunəyə çevrildiyini bildirib.

Azərbaycan təmsilçisi sonda "Heydər Əliyev Fondu"nun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə yazıçı Qurban Səidin "Əli və Nino" adlı romanı əsasında çəkilmiş eyni adlı filmin Nyu-York şəhərində olduqca uğurlu keçirilmiş premyerasından yenicə qayıtdığını qeyd edərək, iki fərqli dindən olan azərbaycanlı və gürcü gəncin sevgi hekayəsini təsvir edən bu filmin ölkəmizdəki tolerantlıq ənənələrini tərənnüm etdiyini vurğulayıb və iştirakçılara bu filmi izləməyi tövsiyə edib.

Bundan sonra çıxış edən professor Şeyfer hələ SSRİ dövründə Azərbaycana ilk səfəri zamanı ölkəmizdə yəhudilərə olan xoş münasibətdən müsbət mənada təəccübləndiyini bildirib. Azərbaycan cəmiyyətindəki tolerantlığın olduqca maraqlı fenomen olduğunu söyləyən professor yəhudi icmasının 1918-ci ildə qurulmuş respublikanın ictimai-siyasi həyatında aktiv iştirak etdiyini, hətta həmin dövlətin ilk səhiyyə nazirinin də yəhudi mənşəli olduğunu iştirakçıların diqqətinə çatdırıb. Professor Şeyfer Azərbaycan xalqının, həmçinin Alman nasistlərinin təqibindən qaçan yüzlərlə yəhudiyə qucaq açdığını və yəhudilərin buna görə azərbaycanlılara həmişə minnətdar olduğunu söyləyib. Sonda professor Şeyfer müasir Azərbaycanın İsrail dövləti ilə sıx tərəfdaşlıq etməsi və mədəniyyətlərarası dialoqa böyük töhfələr verməsinin önəminə dair fikirlərini paylaşıb.

Professor Şeyferdən sonra söz alan pastor Cillespi müasir dünyada radikallığın artdığı belə bir dövrdə bu kimi təşəbbüslərin olduqca dəyərli olduğunu qeyd edib. Pastor Cillespi Azərbaycanın bu baxımdan müsbət təcrübə yaratdığını söyləyərək, digər dövlətlərə bu təcrübəni öyrənməyi və davam etdirməyi tövsiyə edib. O, hər üç səmavi din - islam, xristianlıq və yəhudiliyin dünyaya eyni baxışdan yanaşdığını və bu dinlərin ortaq əsasa malik olduğunu vurğulayıb. Daha sonra öz şəxsi təcrübəsinə istinad edən din xadimi müsəlman icmalarının qonaqpərvərliyini ələlxüsus vurğulayaraq, bu icma nümayəndələri ilə təmaslarına dair xoş xatirələrini tədbir iştirakçılarına çatdırıb. Sonda pastor Cillespi hər üç din mənsublarına bir-birindən öyrənməyə, fərqliliklərə münaqişə mənbəyi kimi yox güc mənbəyi kimi yanaşmağa və birlik üçün çalışmağa dair çağırış edib.

Çıxışlardan sonra tədbir iştirakçıları spikerlərlə birlikdə mədəniyyətlərarası dialoq və tolerantlıq mövzusunda fikir mübadiləsi aparıb.

Milli.Az










RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Qədimdən gələn ənənə – Hədik mərasimi - VİDEO

26 Aprel 2017 04:03

Erməni rus əsgərə 8 bıçaq zərbəsi endiribmiş

26 Aprel 2017 03:59

Yasamal qəbiristanlığında gənc oğlan bıçaqlanıb

26 Aprel 2017 03:57

Dükanların sulu boyalı rəsmlərir - FOTO

26 Aprel 2017 03:32

Donald Tramp rekord qırdı -

26 Aprel 2017 03:32

Kəpənəklər sayəsində zibilliklər təmizlənə bilər

26 Aprel 2017 03:18

Fransada terakt hazırlayan daha 5 şəxs tutuldu

26 Aprel 2017 03:14

Baş nazir "terrorizm" sözüylə "turizm" sözünü səhv saldı

26 Aprel 2017 03:03

Tramp ABŞ-ın Məxfi Xidmətinə yeni rəhbər təyin edib

26 Aprel 2017 02:57

Britaniyanın baş naziri "terrorizm"lə "turizm"i səhv salıb

26 Aprel 2017 02:52

Avtobus maralla toqquşdu, 15 yaralı

26 Aprel 2017 02:49

Bakıda mənzildən meyit tapıldı

26 Aprel 2017 02:43

Dalğavari damlı ev - FOTO

26 Aprel 2017 02:32

Rəcəb Tayyib Ərdoğan:

26 Aprel 2017 02:25

Ərdoğan: “Türkiyə Aİ-yə üzvlüklə bağlı mövqeyini dəyişə bilər”

26 Aprel 2017 02:18

Ərdoğandan Aİ-yə xəbərdarlıq

26 Aprel 2017 02:14

Azərbaycanda oğurlanıb zorlanan müəllimə iş veriləcək

26 Aprel 2017 01:45

ABŞ-da məktəbli avtobusu qəzaya uğrayıb, 15 nəfər yaralanıb

26 Aprel 2017 01:42

DGK məlumat yaydı

26 Aprel 2017 01:33

Naxışlı mətbəx əşyaları - FOTO

26 Aprel 2017 01:32

Premyer Liqa:

26 Aprel 2017 01:27

Soydaşlarımız Moskvada ağacəkmə aksiyası keçirdi

26 Aprel 2017 01:24

İraqda 260 min dinc sakin İŞİD-in əsirliyindən xilas edilib

26 Aprel 2017 01:22

Ən qısa müddətdə ABŞ-Meksika sərhədi hasarlanacaq -

26 Aprel 2017 01:16

Tullantı taxta parçalarından görün nə yaratdı - FOTOLAR

26 Aprel 2017 01:13

Tramp: "Meksika sərhədində divar tezliklə tikiləcək"

26 Aprel 2017 00:59

Boliviyada qolkiper öz qapısından rəqib komandaya qol vurub

26 Aprel 2017 00:57

DƏHŞƏTLİ KADR: Yeni doğulan körpəni küçəyə atıb qaçdı - VİDEO

26 Aprel 2017 00:53

Sankt-Peterburq terrorunun təşkilatçıları

26 Aprel 2017 00:46

“İçerde” sevənlərə üzücü xəbər

26 Aprel 2017 00:43

76 yaşlı kişidən İNANILMAZ FİTNES SİRLƏRİ - FOTO/VİDEO

26 Aprel 2017 00:38

Trampdan YENİ TƏYİNAT

26 Aprel 2017 00:33

Suriayda xəstəxanaya hücum edilib -

26 Aprel 2017 00:30

"Kreml Əsədə qarşı mövqeyini dəyişib"

26 Aprel 2017 00:29

Röya yataqda, pijama ilə...

26 Aprel 2017 00:22

Donald Tramp:

26 Aprel 2017 00:13

Azərbaycanda oğurlanıb zorlanan müəllimə iş veriləcək

26 Aprel 2017 00:05

Hər kim dünyanı dinə və dini dünyaya görə tərk edərsə, İslam yolunda olmaz

26 Aprel 2017 00:05

Şəbnəm Tovuzlunun ərinin görüntüləri - FOTO

26 Aprel 2017 00:05

Çimərlikdə pozalar verdi - FOTO

26 Aprel 2017 00:05

Günün qoroskopu: planlarınızı kimsə ilə bölüşməyin

26 Aprel 2017 00:05

Kişilərin seksdən sonra yatma səbəbləri...

26 Aprel 2017 00:05

Astroloji proqnoz - 26 aprel

26 Aprel 2017 00:03

Kiyevdə Azərbaycan-Ukrayna münasibətləri barədə elmi toplu çapdan çıxıb

26 Aprel 2017 00:02

Azərbaycanda doğuş zamanı daha bir faciə

25 Aprel 2017 23:57

Rusiyadan rublla bağlı QƏRAR

25 Aprel 2017 23:53

Atasının imtina etdiyi Fransa prezidentliyinə namizəd – Marin Le Penin qalmaqallı HƏYAT YOLU

25 Aprel 2017 23:52

Böyük Britaniya Rusiyaya nüvə zərbəsi endirə bilər

25 Aprel 2017 23:52

Niyə İmamların (ə) nəsli Peyğəmbərdən aparılır?

25 Aprel 2017 23:52

Paytaxtda mənzildə kişi meyiti tapıldı

25 Aprel 2017 23:49