Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ramiz Mehdiyev Moskvada Təhlükəsizlik şuraları katiblərinin iclasında iştirak edib

Ramiz Mehdiyev Moskvada Təhlükəsizlik şuraları katiblərinin iclasında iştirak edib

Date: 17 November 2016 08:38

Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri Təhlükəsizlik şuraları katiblərinin illik iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda MDB məkanında təhlükəsizliyin təmin olunmasına dair bir çox məsələlər müzakirə edilib.

Ölkəmizi iclasda Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev, Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov təmsil ediblər.

Novruz Məmmədov bildirib ki, MDB-nin yaradılmasının 25-ci ildönümünə həsr edilmiş iclasda ötən dövrdə görülən işlər, əldə olunan nəticələr və gələcək planlar ətrafında geniş fikir mübadiləsi aparılıb. Müasir dövrdə müəyyən ölkələrin bir-biri ilə əlaqəli şəkildə fəaliyyətinin vacibliyini vurğulayan Prezident Administrasiyası rəhbərinin müavini deyib: “Bu gün beynəlxalq münasibətlər olduqca mürəkkəbdir, beynəlxalq aləmdə vəziyyət hər gün dəyişir. Bugünkü iclasın da mövzusu müasir dövrdə təhdidlər və çağırışlar, onlara qarşı mübarizə formaları idi. Yüksək səviyyədə təşkil olunmuş görüşdə bir çox vacib məsələlər operativ həllini tapdı. Çox mühüm əhəmiyyət kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparıldı. İclasda Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev çıxış edərək bütün məsələlərlə bağlı Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi, ölkəmizin müasir çağırışlara və təhdidlərə qarşı əlaqəli fəaliyyət göstərilməsinə hazır olduğunu bildirdi”.


Tags:  Ramiz Mehdiyev Moskvada Təhlükəsizlik şuraları katiblərinin iclasında iştirak edib


RƏYLƏR


Top news