Fürsəti qənimət bilməliyik

Fürsəti qənimət bilməliyik
08:47 17 Noyabr 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

"Məgər iman gətirmiş kəslərin qəlblərinin Allahı yada salmaq və haqqdan nazil olan şey üçün təvazökar, müti olmasının və onların özlərindən qabaq (səmavi) kitab verilmiş, beləliklə (ömür) müddətləri uzadılmış, qəlbləri sərtləşmiş və çoxu itaətsiz olan kəslər kimi olmamalarının vaxtı çatmayıb?!". ("Hədid" 16).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu ayə o möminlərə aiddir ki, ürəklərini qəsavət bürümüşdür və ona görə də Allahın qarşısında təvazökar ola bilmirlər. Bu ayə onlara tövsiyə edir ki, fürsəti qənimət bilsinlər, ürəklərini Allaha diqqət etdirərək bu qəsavətdən xilas olsunlar. (Tebyan)
Quran buyurur ki, Allahı yada salmaq belədir ki, nə zaman meydana gəlsə, anidən möminin ürəyində itaətkarlıq və təvazökarlıq yaranar. O kəslərin ki, ürəyi Allaha və Peyğəmbərə (s) iman gətirib, həmişə itaətkardır. Allah bu ayədə möminləri ürəklərinin daşlaşmasına görə məzəmmət edir. Onların halını kitab əhlinin halına bənzədir. Onlara da səma kitabı nazil olmuşdur, lakin uzun arzularına görə ürəkləri qəsavət bağlamışdır. Allah möminləri ona görə kitab əlhinə bənzədir ki, daşlaşmış ürək Allah Təala qarşısında təsir qəbuledən və itaətkar ola bilməz. Ona görə də İlahi bəndəlik yolundan xaric olar və günah işlədər. Ona görə də Allah buyurur ki, ürəklərinizin qəsavəti sizi bəndəlikdən uzaqlaşdırar.
Bu ayə o kitab əhlinə işarə edir ki, iman gətiriblər və ancaq səhlənkarlıq və diqqətsizlik üzündən İlahi əhkama əməldə günah işlədiblər. Günahla məşğul olduqlarına görə ürəkləri sərtləşmiş və qaralmışdır. Günahın tozu ürəklərinə hopmuşdur. "Belə deyildir (Bizim ayələrimiz əfsanə deyil), əslində onların qəlblərini qazandıqları (günahlar) paslandırmışdır". ("Mutəffifin" 14).
Halbuki, Allah bu insanlara iman tofiqini əta etmişdi. İndi iman zəifliyinə və günahla məşğul olduqlarına görə ürək qəsavətinə düçar olublar.
Bu ayə o qədər təsiredici qabiliyyətə malikdir ki, tarixdə çox sayda insan onu eşidərək imana gəlmiş və abidlərdən olmuşdular.
İmam Sadiqin (ə) hədislərini nəql edən insanlardan biri də Fuzil idi və o, əvvəllər yolkəsən olmuşdu. İnsanların yolunu kəsir və qarət edirdi. Fuzil evlərin damına çıxır ki, istədiyi yerə getsin, qonşu evlərdən birində bir nəfər Quran tilavət edirdi və bu ayəyə çatan zaman Fuzil oradan keçir və bu ayəni eşidir. Bu ayə bir ox kimi ürəyinə sancılır və bir qədər sirkələnir və özünə gəlir. Sonra düşünür ki, bu kimdir ki, mənimlə belə söhbət edir? Deyir ki, ey Fuzil! Ayılmanın vaxtı gəlib çatmamışdır? Bu yanlış yoldan geri qayıt və bu çirkinliklərdən özünü pakla. Fuzil fəryad çəkdi və dedi: "Allaha and olsun ki, onun vaxtı gəlib çatmışdır".
O, yanlış yoldan döndü və bədbəxtlikdən səadətə doğru addım atdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490056.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR