Günahkarların dünya və axirətdəki halları

Günahkarların dünya və axirətdəki halları
08:57 17 Noyabr 2016
134 Ölkə
Ölkə mətbuatı
A- A+

İlahi qanunlara itaətsizlik etmək və günah işlətmək insana dünya və axirətdə əzab gətirər. Bəzi əzablar elə bu dünyada günahkarı yaxalayar. İmam Səccad (ə) buyurur: "İnsanı məhv etməyə tələsən günahlar: qohumluq rabitəsini kəsmək, yalan söz, zina, müsəlmanların yoluna səd çəkmək, haqsız yerə rəhbərlik və imamət iddiasında olmaq". (Erfan)

Milli.Az deyerler.org-a istinadən bildirir ki, qohumluq əlaqəsini kəsmək elə günahlardandır ki, insanın ömrünü qısaldar. O kəslər ki, qohumları ilə əlaqəsini kəsirlər, ömürlərini qısaldırlar. Halbuki sileyi-rəhm etmək - əksinə, ömrü uzadar və bərəkət gətirər.
İmam Sadiqin (ə) səhabələrindən biri Həzrətə (ə) deyir: "Qardaşım və əmim uşaqları mənə evi dar ediblər. Bütün evdən mənə cəmi bir otaq veriblər. Mən əgər bu işi qaldırsam, evi onlardan ala bilərəm". İmam (ə) buyurur: "Səbir et ki, Allah sənin üçün rahatlıq qərar verəcəkdir". Həmin şəxs nəql edir ki, mən səbir etdim və gələn il vəba xəstəliyi gəldi və onların hamısını həlak etdi. Sonra İmamın (ə) yanına getdim və Həzrət (ə) məni görən kimi buyurdu: "İndi ev əhlinin halı necədir?". Dedim: "Allaha and olsun ki, onların hamısı öldülər və bir nəfər də qalmadı". Buyurdu: "Bu, səninlə etdikləri o rəftara görə idi. Sənə əziyyət verdilər və qohumluq rabitəsini kəsdilər. Ürəyin istəyərdimi ki, onlar sağ olsunlar?". Dedim: "Bəli, Allaha and olsun ki".
Ömrü qısaldan başqa bir günah - yalandan and içməkdir. Həzrət Peyğəmbər (s) bu haqda buyurur: "O kəs ki, yalandan and içər və bilər ki, yalandır - Allahla döyüşə getmiş olar. Həmin yalan and, evləri sahibsiz qoyar və övladların yoxsul olmasına səbəb olar".
İmam Həsən Müctəbanın (ə) dövründə bir nəfər iddia edir ki, İmam Həsən (ə) mənə min dirhəm borcludur. İmam (ə) həmin kişi ilə bir yerdə qazini yanına gedirlər. Qazi üzünü İmama (ə) çevirib dedi: "Siz and içərsinizmi ki, borclu deyilsiniz?". Həzrət (ə) buyurur: "Əgər bu kişi and içsə, mən o pulu ona verərəm". Qazi üzünü kişiyə çevirib deyir: "De ki, yeganə Allahın adı ilə and içirəm". Həzrət (ə) buyurdu: "Yox, bu cür and içməyini istəmirəm. Bəlkə belə desin: "Allaha and olsun ki, mən bu məbləği ona vermişəm"". Həmin kişi bu cür and içir və İmam (ə) həmin pulu ona verir. Lakin kişi elə ki, yerindən qalxır, yıxılıb ölür.
Zinaya gəldikdə, bu, elə iyrənc günahlardandır ki, cəzasının bir hissəsi bu dünyada bu işi görənə nazil olar. Həzrət Peyğəmbər (s) buyurur: "Məndən sonra nə zaman zina yayılsa, ani ölümlərin sayı artacaqdır".
Yol kəsmək də böyük günahlardan sayılır. Allah Təala bu insanlara ağır cəza təyin etmişdir. "Həqiqətən Allahla və Onun peyğəmbəri ilə vuruşan və yer üzündə fitnə-fəsad törətmək istiqamətində çalışan (insanları qorxutmaq, asayişi pozmaq və onların haqlarına təcavüz etmək məqsədi ilə soyuq və ya isti silahla zahir olan) kəslərin cəzası yalnız öldürülmək və ya dar ağacından asılmaq, yaxud əlləri və ayaqlarının (bir əlin dörd barmağı ilə bir ayağın dörd barmağının) çarpazvari kəsilməsi və ya həmin yerdən sürgün olunmaqdır. Bu, onlar üçün dünyada həqirlik və xarlıqdır və onlar üçün axirətdə böyük bir əzab vardır". ("Maidə" 33).
Nahaq yerə imamətlik iddiası etmək.
Allah Təala Quranda imaməti ali bir məqam kimi tanıtmışdır və Həzrət İbrahimə (ə) xitab edərək buyurmuşdu: "Və (yadına sal) o zaman(ı) ki, Rəbbi İbrahimi bəzi işlərlə imtahana çəkdi. Beləliklə, o (İbrahim), hər şeyi kamil surətdə yerinə yetirdi. Rəbbi dedi: "Həqiqətən, Mən səni insanlara imam və rəhbər təyin etdim". (İbrahim) dedi: "Övladlarımdan necə?". Dedi: "Mənim əhd-peymanım zalımlara nəsib olmaz"". ("Bəqərə" 124). İmam elə bir insan olmalıdır ki, məsum olsun və Allah tərəfindən təyin edilsin. Zalım və fasiqin biri imamlıq edə bilməz. Əgər insan yəqinlik məqamına çatmasa və qeyblə əlaqəsi olmasa və mələkut aləmini müşahidə edə bilməsə, imam ola bilməz. İmam - bütün çətinliklərə səbir edən və İlahi imtahanları yaxşı verən şəxsdir. O, günah etməz və Allahın əmrlərini gözəl şəkildə yerinə yetirər. Yalandan imamətliyi iddia edənlər müsəlmanların arasına nifaq salar və onları bir-birindən uzaq salarlar. Axirətdə isə böyük bir əzaba düçar olarlar.
Allah Təala bizləri xeyir aqibətlilərdən qərar versin.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Təzə kartof nə ilə faydalıdır?

25 Aprel 2017 22:37

Leyla Əliyeva MDU nəzdində Asiya və Afrika Ölkələri İnstitutunda olub

25 Aprel 2017 22:36

Su festivalı Qaxda

25 Aprel 2017 22:33

Britni Spirs hamilədir? - FOTO

25 Aprel 2017 22:32

İnstagram-ın yeni fitnes ulduzu - FOTO

25 Aprel 2017 22:32

Marsda naməlum varlıq tapıldı

25 Aprel 2017 22:29

Rusiya XİN-nin sözçüsü "seks-simvol" sayıldı - FOTO

25 Aprel 2017 22:27

“Sekssiz və həyəcansız evlilik...” - PSİXOLOQLARDAN XƏBƏRDARLIQ

25 Aprel 2017 22:27

Bu sevgi hekayəsini oxuyan hər kəs ağlayır

25 Aprel 2017 22:26

Boşanan Anjelina Coli yenidən ana olur

25 Aprel 2017 22:22

Yatmazdan əvvəl hansı qidaları yemək olmaz?

25 Aprel 2017 22:22

Taekvondoçularımız Afinaya yollandı -

25 Aprel 2017 22:21

Dostlarla, rəfiqələrlə, qohumlarla görüşərkən öpüşmək orucu pozarmı?

25 Aprel 2017 22:17

Putinin agenti, yoxsa “sülh mələyi”? - Ölkəni dağıdan ƏSAS SİMA

25 Aprel 2017 22:13

Məşhur aparıcı Dominikanda dincəlir - FOTO

25 Aprel 2017 22:12

Tovuzda məmurun qətli: qatilin gizlətdiyi pul torbası və qanlı paltar tapıldı

25 Aprel 2017 22:12

Rusiyanın öhdəsindən gəlmək mümkündür

25 Aprel 2017 22:12

Quranda Allahın əlindən danışılır: bunun izahı nədir?

25 Aprel 2017 22:12

Bacısını namus üstündə qətlə yetirdi - TƏFƏRRÜAT

25 Aprel 2017 22:12

Rusiya Suriyada hakimiyyət dəyişikliyinə imkan verməyəcək

25 Aprel 2017 22:12

ATƏT-in baş katibi: "İlin əvvəlindən Donbasda 140 dinc sakin ölüb"

25 Aprel 2017 22:07

Biznes üçün uğurlu komanda yaratmağın yolları

25 Aprel 2017 22:05

İtalyan gözəldən "Beşiktaş" fanatlarına təşəkkür - FOTO

25 Aprel 2017 22:05

DGK: “Sınıq Körpü”də dava düşməyib, heç kim döyülməyib

25 Aprel 2017 22:04

Əl-ələ vəfat etdilər

25 Aprel 2017 22:04

Bu qidalar sizi 10 il cavanlaşdıracaq

25 Aprel 2017 21:57

Azərbaycanda maaşlar 1 manat artdı – RƏSMİ

25 Aprel 2017 21:57

Allahın ən yaxşı zikri – təsbihdir

25 Aprel 2017 21:57

Samuxda NAMUS ÜSTÜNDƏ QƏTL - "Bacımın əxlaqsız hərəkətlərindən cana doymuşdum"

25 Aprel 2017 21:53

Rəcəb ayının dualarında ortaq məqam

25 Aprel 2017 21:52

6,9 ballıq zəlzələ... -

25 Aprel 2017 21:52

Peterburq metrosundakı partlayış: “İmam Şamilin batalyonu” etiraf etdi

25 Aprel 2017 21:47

Namaz qılan adama salam veriləndə cavabını verməlidirmi?

25 Aprel 2017 21:47

Sankt-Peterburqda metro bağlandı

25 Aprel 2017 21:46

Rus əsgəri öldürən erməni həbs olundu

25 Aprel 2017 21:44

Nazirin sözçüsü seks simvol elan edildi - FOTOLAR

25 Aprel 2017 21:43

İmmun sistemini gücləndirən kahının daha hansı faydaları var?

25 Aprel 2017 21:42

Tolstoydan ürəyimizə işıq salacaq 21 AFORİZM

25 Aprel 2017 21:37

Müğənni sevgilisi ilə tropik kurortda - FOTO

25 Aprel 2017 21:32

Cəbhədə daha bir erməni hərbçi öldürüldü

25 Aprel 2017 21:31

Kreml Kiyevin “hədiyyə”sini qəbul etdi - Donbasın ilhaqında NÖVBƏTİ ADDIM

25 Aprel 2017 21:28

"Almaniya XİN rəhbəri ilə görüşməyəcəm, çünki..." - Netanyahu

25 Aprel 2017 21:27

Hansı dində fahişəlik müqəddəs hesab olunurdu?

25 Aprel 2017 21:27

Milyonçu olmaq istəyirsinizsə... -

25 Aprel 2017 21:27

Peterburqdakı partlayışı "Əl Qaidə" törədibmiş

25 Aprel 2017 21:24

Sübh saatlarında evinizin havasını dəyişməyin

25 Aprel 2017 21:22

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva MDU nəzdində Asiya və Afrika Ölkələri İnstitutunda olub - FOTO

25 Aprel 2017 21:22

İki sevgilinin "WhatsApp" yazışması rekord qırır

25 Aprel 2017 21:18

İnsan niyə ölümdən qorxur?

25 Aprel 2017 21:17

Soyuducunun da başa düşmədiyi dil kimə lazımdır?

25 Aprel 2017 21:12