Zəlzələ Yeni Zelandiyaya 1,4 milyard dollar ziyan vurub

Zəlzələ Yeni Zelandiyaya 1,4 milyard dollar ziyan vurub
09:05 17 Noyabr 2016
74 Dünya
Ölkə mətbuatı
A- A+

Noyabrın 13-dən 14-ə keçən Yeni Zelandiyada baş vermiş güclü zəlzələ ölkəyə 1,5 milyard dollara yaxın ziyan vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Yeni Zelandiyanın baş naziri Con Ki "Newstalk ZB" radiosuna müsahibəsində bəyan edib.
 
"Çox güman ki, dəymiş ziyanın həcmi 2 milyardı keçəcək. Şübhəsiz ki, təbii fəlakət ölkə büdcəsinə mənfi təsir göstərəcək", deyə Con Ki bildirib.
 
Yeni Zelandiyanın milli seysmoloji mərkəzinin son məlumatına görə, ölkədə baş verən dağıdıcı zəlzələnin maqnitudası 7,8 bal təşkil edib. Bundan əvvəl zəlzələnin 7,5 bal gücündə baş verdiyi bildirilirdi. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/490190.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR