17 NOYABR

17 NOYABR
09:18 17 Noyabr 2016
130 Maraqlı
Ölkə mətbuatı
A- A+

1988-ci il. Bakıdakı Azadlıq meydanında (keçmiş Lenin meydanı) ermənilərin Qarabağ iddialarına və azərbaycanlı əhalinin Ermənistandan deportasiyasına etiraz olaraq fasiləsiz mitinqlər başlayıb. Dekabrın 4-dək davam edən mitinqlərə 1 milyonadək insan toplaşırdı. Bu, SSRİ-də ən böyük kütləvi çıxışlar idi və Azərbaycanın tarixinə milli dirçəliş aksiyaları kimi düşdü. İlk dəfə həmin mitinqlərdə meydanda Azərbaycanın üçrəngli bayrağı qaldırılmışdı. 1992-ci ildə 17 noyabr Milli dirçəliş günü elan edilib.

2007-ci il. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda türk dövlət və toplumlarının XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı keçirilib.
1883-cı il. Görkəmli cərrah, akademik, Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti Mirəsədulla Mirqasımovun doğum günüdür (1883-1958).
1918-ci il. General V.Tomsonun başçılıq etdiyi ingilis qoşunları Bakıya daxil olub. 5 minlik ingilis hərbi kontingenti 1919-cu ilin avqustunadək Bakıda qalıb.

Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/176231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR