Rusiya ermənilərin regiondakı destruktiv davranışlarını gücləndirir

Rusiya ermənilərin regiondakı destruktiv davranışlarını gücləndirir
09:22 17 Noyabr 2016
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Pentaqon: Suriyada Rusiya-İran əməkdaşlığı bizə mane olur (10 Mart 2017 01:34)

Moskva birgə qruplaşma yaratmaqla ermənilərin regionda destruktiv davranışlarını gücləndirir.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov bildirib.

O qeyd edib ki, regionda qüvvələr balansı baxımından birgə erməni-rus birləşmiş hərbi birliklərinin yaradılması nəticə etibarilə birbaşa az şeyi dəyişir: "Belə ki, nəticədə bir nəfər də əsgər, bir dənə də texnika sayı artmır. Məsələnin hərbi-siyasi tərəfinə gəlincə, onsuz da Rusiya ilə Ermənistan arasında ikitərəfli ittifaq var. Bundan əlavə, KTMT müqaviləsinə əsasən, Ermənistanın ərazisi hücuma məruz qalarsa, Moskva onu müdafiə etmək öhdəliyini üzərinə götürüb.

Yeri gəlmişkən, erməni tərəfi birgə hərbi qruplaşmanın yaradılması ilə heç də fərəhlənmir. Onların fikrincə, bununla Ermənistanın müstəqil qalmış yeganə artibutu - ordusu da Rusiyanın nəzarəti altına keçir. Axı Rusiya sərhədçiləri Ermənistan sərhədlərinin qorunmasını həyata keçirir, dövlət şirkətləri isə bu vassal ölkənin dəmiryolu, qaz və enerji, telefon şəbəkələrini və digər vacib müəssisələrini idarə edir. 

Birləşmiş qruplaşmanın erməni tərəfinə etibar edilməsi faktı heç kimi aldada bilməz.

Aydın görünür ki, Moskvanın və ya Rusiyanın Cənub Hərbi Dairəsinin birbaşa göstərişi olmadan rus hərbçiləri İrəvanın heç bir əmrini yerinə yetirməyəcəklər. Belə olan halda birgə qruplaşma niyə yaradılır?"

Millət vəkilinin fikrincə, bunun bir neçə izahı ola bilər: "Əvvəla, Moskva Ermənistanda müşahidə olunan siyasi boşluq, qərb erməni diasporunun İrəvanın geosiyasi orientasiyasının rusiyapərəst vektorundan narazılığı şəraitində yerli silahlı qüvvələr üzərində nəzarəti gücləndirməyi vacib hesab edib. İkincisi, bu, əlavə silah göndərişləri ilə yanaşı, Rusiyanın Ermənistanın təhlükəsizliyinin zəmanəti baxımından öhdəliklərinə sadiqliyi kimi qələmə verilir. Əgər əvvəllər Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası Ermənistanı Türkiyə tərəfdən mümkün hərbi təzyiqlərdən qoruyurdusa, Rusiya hərbi hissələri ilə yanaşı Naxçıvanla sərhəddə perimetr boyu yerləşmiş erməni hərbi korpusunun daxil olduğu birgə hərbi qüvvələrin yaradılması isə Moskvanın bu istiqamətdən Azərbaycanın cavab hərbi əməliyyatları zamanı da erməniləri dəstəkləməyə hazırlığını nümayiş etdirməlidir.

Açıq görünür ki, əlavə hərbi texnikaların, xüsusilə "Smerç" reaktiv qurğularının və "İskəndər" OTRK-ların çatdırılması, eləcə də birləşmiş Rusiya-Ermənistan hərbi qruplaşmasının yaradılması Ermənistanın regionda destruktiv davranışlarını obyektiv olaraq gücləndirir. Elə bil ki, Moskva elan edir ki, hərbi əməliyyatlar bərpa olunacağı təqdirdə onlar mütləq Azərbaycan ərazisində aparılmalıdır. Belə çıxır ki, Ermənistanın silahlı qüvvələri Azərbaycana qarşı hansı oyundan çıxmalarından asılı olmayaraq, onların ərazisi qanuni cəzadan qorunur, təcrid edir. Bununla da Rusiya Ermənistanın regionda destruktiv davranışlarının məsuliyyətini öz üzərinə götürür".

Politoloq hesab edir ki, Moskvanın bu hərəkətləri ilə guya ermənilərin təhlükəsizlik baxımından narahatlıqlarını aradan qaldırması və bununla da onların işğal edilmiş Azərbaycan torpaqlarının bir hissəsini azad etməyə razılıq verməyə çalışması ilə bağlı səslənən mülahizələr tamamilə boş sözlərdir: "Praktikada biz bunun əksini görürük. Apreldəki hərbi uğursuzluqdan sonda güzəştlərə meyllənən Ermənistan rəhbərliyi Rusiyadan əlavə silah partiyası və hərbi zəmanət alandan sonra danışıqlardakı mövqeyini yalnız sərtləşdirib. Yaranan gerçəklik Azərbaycanı öz müdafiə qabiliyyətini gücləndirmək üçün cavab tədbirləri görmək üçün İsraildən, Pakistandan yeni silahlar almağa, eləcə də irimiqyaslı təlimlər keçirməyə məcbur edir.

Əgər Rusiyada kimsə güman edirsə ki, ermənilərə nümayişkaranə şəkildə verilən bu hərbi dəstəklə Bakı sülhə İrəvan və Moskvanın istədiyi şərtlərlə gedəcək, dərindən yanılırlar.

Prezident İlham Əliyev aprel döyüşləri zamanı ermənilərdən azad edilmiş Lələtəpədəki mövqelərimizdə növbəti dəfə birbaşa bəyan etdi ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və bir qarış torpağını da güzəştə getməyəcək".

Pünhan Mirzə

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

FHN-in vəzifəli əməkdaşı dünyasını dəyişdi

25 Aprel 2017 09:18

İbrahim Tatlısəsin qızı qəzaya düşdü - FOTO

25 Aprel 2017 09:17

İTV-nin yeni baş direktoru bu gün bilinəcək

25 Aprel 2017 09:12

“Beşiktaş”dan çətin qələbə

25 Aprel 2017 09:12

Bakıda gənc oğlan bıçaqlandı

25 Aprel 2017 09:05

Dünyanın ən təhlükəli və təhlükəsiz şəhərləri

25 Aprel 2017 09:05

Ermənistanda Türkiyənin bayrağı yandırıldı

25 Aprel 2017 09:03

Venesuelada etiraz aksiyaları: 3 nəfər öldü

25 Aprel 2017 08:57

Bəzi sufi təriqətlərində “sima” adlanan rəqsin mənası nədir?

25 Aprel 2017 08:57

Bakı sakini naməlum şəraitdə bıçaqlandı

25 Aprel 2017 08:53

Donuzlar İŞİD terrorçularını parçalayıb

25 Aprel 2017 08:52

840 at güclü Dodge SRT Demon haqqında 5 maraqlı fakt

25 Aprel 2017 08:52

Braziliyada polislə atışma: 3 ölü

25 Aprel 2017 08:47

Niyə yas məclislərində Quran oxunur?

25 Aprel 2017 08:47

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

25 Aprel 2017 08:47

Başqasının mənzilinə icazəsiz girməyin - 2 min manat cərimə

25 Aprel 2017 08:44

Baş nazirin korteji qəza törətdi: bir ölü

25 Aprel 2017 08:43

Le Pen partiyasının işlərindən uzaqlaşıb

25 Aprel 2017 08:42

Xiaomi Mi Mix 2gəlir

25 Aprel 2017 08:42

ABŞ-da rusiyalı qadın güllələndi

25 Aprel 2017 08:37

Qondarma erməni soyqırımı: əsassiz iddialar və ermənilərin ifşa olunması

25 Aprel 2017 08:37

QALMAQAL! 16 yaşlı qız 2 futbolçu ilə... - FOTOLAR

25 Aprel 2017 08:37

Qahirədə Mursinin 20 tərəfdarı edam cəzası aldı

25 Aprel 2017 08:32

Samsung Galaxy S8 və S8+ satışa çıxarıldı

25 Aprel 2017 08:32

KİV: İraqda çöldonuzları İŞİD terrorçularını parçaladı

25 Aprel 2017 08:28

101 yaşlı idmançı 100 metrlik məsafəni qaşdı - FOTO

25 Aprel 2017 08:27

Duşan Popov - ikiqat casus

25 Aprel 2017 08:27

ABŞ-da atışma: azı 2 nəfər yaralanıb

25 Aprel 2017 08:22

Tənha dostların yarını tapmaq üçün əlavə yaradıldı

25 Aprel 2017 08:22

ABŞ-da yeni nazir təyinatı

25 Aprel 2017 08:18

Elton Con reanimasiyaya düşüb - FOTO

25 Aprel 2017 08:17

Tacikistanın qədim sakinləri: Lakay türkləri

25 Aprel 2017 08:17

ABŞ-ın yeni kənd təsərrüfatı naziri təyin edilib

25 Aprel 2017 08:17

Çilidə 7,1 bal gücündə zəlzələ olub

25 Aprel 2017 08:12

“Yandeks” onlayn tibbi xidmətlər göstərəcək

25 Aprel 2017 08:12

Dörd ilə insan beyni kompüterlə əlaqələndiriləcək

25 Aprel 2017 08:05

Goranboyda 4 otaqlı ev yanıb

25 Aprel 2017 08:05

Şimal qütbünü kim kəşf edib, Frederik Kuk, yoxsa Robert Piri?

25 Aprel 2017 08:05

101 yaşlı idmançıdan inanılmaz qələbə - VİDEO

25 Aprel 2017 08:03

Masazırda Kamaz Opel-ə çırpıldı: 3 yaralı - FOTO

25 Aprel 2017 07:57

5 medal qazanan Azərbaycan cüdoçuları Vətənə qayıdıblar - FOTO

25 Aprel 2017 07:52

Facebook dəri ilə “eşitməyə” kömək edəcək

25 Aprel 2017 07:52

Səhhətinizin vəziyyətini 1 DƏQİQƏYƏ ÖYRƏNİN - FOTO

25 Aprel 2017 07:48

Bakıda "təcili yardım"ın sürücüsü və tibb bacısı döyülüb - FOTO

25 Aprel 2017 07:47

iPhone 8-in çertyoju internetə sızdırılıb

25 Aprel 2017 07:47

Reallıq eynəyi cihazları əvəzləyəcək

25 Aprel 2017 07:37

Lüks velosiped - FOTO

25 Aprel 2017 07:32

Bütün qitələri gəzərək ov edən azərbaycanlı ovçu - VİDEO

25 Aprel 2017 07:28

Əlavə reallıq 18,5 milyard dollara çatacaq

25 Aprel 2017 07:27

Windows 10 üçün böyük yeniləmələr var

25 Aprel 2017 07:12